ArxivXəbər lentiXəbərlər

Ruhullah Axundzadənin ailəsi onun vəziyyətindən nigarandır

Heç bir cinayət etmədiyi halda böhtan-yalan dolu, qondarma ittihamlarla uzunmüddətli həbsə məhkum olunmuş Ruhullah Axundzadə 2011-ci ilin yanvarın 21-dən həbsdədir.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3, 228.3, 278 və 283.1 maddələri ilə ittiham irəli sürülüb, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sentyabrın birində Ruhullah Axundzadənin oğlu Muhəmmədəli Axundzadə atasının durumu ilə bağlı bir müraciət yayaraq, onun 2013-cü ilin may ayında miokard infarktı keçirdiyini bildirib. O, həmin gündən atasının dərmanlarla yaşadığından və xəstəliklərinin get-gedə artmasından yazır.
O, müraciətinin bir hissəsində yazır: Xatırladım ki, atamın infarkt keçirməsinə səbəb olan son hadisələrdən biri də həbsxanada telefonla danışmaq hüququndan yararlanmağa icazə verməmələri olmuşdur. Atamın adını çəkdiyi, harınlamış, Mobil adlı ədliyyə “reketidir” ki, məhbusun qanunla həftədə iki dəfə 15 dəqiqə olmaqla telefondan istifadə hüququ olsa da, bu “reketə” rüşvət verməsə, telefonla danışa bilməz. Əgər digər məhbuslar rüşvət verib, canlarını qurtarsalar da Ruhullah Axundzadə kimi bir şəxsiyyət üçün bu yetərsizdir. Çünki Mobil və Mobil kimilər atamın hər fürsətdə aradan getməsi üçün müxtəlif təzyiq formalarından istifadə etməyi “Ağa”larının əmri ilə qarşılarına məqsəd qoyublar.
Müraciətin sonunda deyilir: Ruhullah Axundzadənin səhhətinə zərər verə və onun aradan getməsinə səbəb ola biləcək bütün təzyiq formalarından istifadə edən digər ədliyyə “reketləri” haqqında da yaxın zamanda mətbuata məlumat verəcəyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button