ArxivIslamXəbər lentiXəbərlər

Ruhani: İran və Azərbaycan əlaqələri inkişaf etməkdədir

İran İslam Respublikası prezidenti: İran və Azərbaycan əlaqələri inkişaf etməkdədir və Tehran-Bakı əlaqələrinin daha artıq inkişaf etdirilməsi bir zərurətdir.
 İRİB-nin bildirdiyinə görə, İran İslam Respublikası prezidenti  Həsən Ruhani Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə iki ölkə əlaqələrindəki inkişaf prosesindən razılıq edərək, dedi: İran İslam Respublikası rəsmilərinin siyasi iradəsi Azərbaycan Respublikası ilə əlaqələrin hərtərəfli formada və bütün sahələr üzrə daha artıq ink işaf etdirilməsidir.
İran İslam Respublikası prezidenti həmçinin dedi: İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə daim haqq və hüquqların qorunması əsasında sülh və sabitliyin təmin edilməsinə çalışırlar.
İran prezidenti daha sonra İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əlaqələrin geni şləndirilməsinin bir zərurət olduğuna təkid edərək, dedi: Regionda üçtərəfli və bir neçə tərəfli formada icra edilməsi mümkün olan müxtəlif layihələr mövcuddur.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu söylərək, dedi: Tehra – Bakı əlaqələrinin siyasi, iqtisadi, mədəni və ictimai zəminlərdə inkişaf etdirilməsi üçün hansısa maneə və ya çətinlik mövcud deyil.
Elmar Məmmədyarov həmçinin, Rəşt – Astara birgə dəmir yolu layihəsini regionun önəmli və strateji layihələrindən adlandırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button