ArxivIslamXəbər lentiXəbərlər

Ruhani: ABŞ və İsrail terrorun baş mənbələridir

İran Həsən Ruhani Tehrandan Rusiyanın Soçi şəhərinə getmək üçün ayrılmazdan əvvəl Soçidə keçiriləcək üçPrezidenti tərəfli sammiti qiymətləndirib.

Prezident Ruhani Soçidə görüşən İran, Rusiya və Türkiyənin birgə məqsədinin regionda və Suriyada terrorla mübarizə olduğunu bildirib.

Həsən Ruhani Suriya ilə bağlı ikinci məsələnin bu ölkədə Dəməşq rəhbərliyinin rəsmi tələbi olmadan işğalçı qüvvə kimi olan ölkələrin dərhal bu ölkədən çəkilmələrindən ibarət olduğunu ifadə edib.

ABŞ-ın Suriyada işğalçı qüvvə olduğunu bildirən Ruhani, ABŞ-ın Suriyadan çəkiləcəyini açıqladığını, əgər bu xəbər doğrudursa yaxşı hadisə sayıldığını vurğulayıb.

Soçidə keçirilməsi planlaşdırılan Suriya sammitinə toxunan Prezident Ruhani, Suriyanın ərazi bütövlüyünü qorumağın İran üçün böyük əhəmiyyət daşıdığını, Suriya torpaqlarının hamısının Dəməşq rəhbərliyinin suverenliyi altında qalması lazım olduğunu vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button