ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Repressiyalarla rejimi xilas edə bilməyəcəksiz

Bəziləri yaltaqlıq və dələduzluqda nümayiş etdirdikləri həqiqətən rəngarəng fantaziyaları yaxşı işlərdə göstərməyi bacarsaydılar bu ölkə indi bu günə düşməzdi. “Danışan əllər” proyektində təmsil olunan əllər danışa bilsəydi, onların dediklərindən bir kitabxana korrupsiya, talan, xəyanət, cinayət kitabları yazmaq olardı.
Bu proyekti kim fikirləşibsə, bir güllə ilə iki dovşan vurub. Bir tərəfdən kreativ yaltaqlıq nümunəsidir, digər tərəfdən dələduzluğun master-klasıdır – gips əllərinin o proyektdə təmsil olunması üçün sıraya düzülmüş pullu loxları əməlli başlı yolub-yoluşduracaqlar. Dələduzluq budur, İlham Əliyev, Elxan Əliyevin hərəkətlərində dələduzluq elementləri yoxdur.
Dələduz sənin lap o böyründə duran baş nazirin anası erməni müavinidir – ölkəmizin müdafiə qabiliyyətinə 100 milyonlarla dollarlıq sarsıdıcı zərbələr vurdu və otkat dələduzluğu ilə qamarladığı pullardan özünə Avropada 800 min dollarlıq diş düzəltdirdi.
Dələduz Azərbaycanın pullarını Seyşel adaları vasitəsi ilə Böyük Britaniyada özəl hesablara yatıran Cavanşir Feyziyevdir ki, Böyük Britaniya hökuməti onun dələduzluğunu məhkəmə dəlil-sübutu ilə sənin qarşına qoydu. Və sən bu dələduzluğa görə onu “Şərəf ordeni” ilə təltif etdin. Sənin dələduzluğu belə yüksək qiymətləndirdiyin ölkədə kiməsə dələduzluq ittihamı irəli sürməyə mənəvi haqqınız yoxdur. Dələduzluq sizin saleh hesab etdiyiniz əməllərdəndir.
Elxan Əliyev daşınmaz əmlakın alqı-satqısından qəbul olunmuş qaydalarla ona çatacaq pula iddialı olub, buradan dələduzluğun heç iyi gəlmir. Sən onu maksimum vergi sorğulanmasına cəlb edə bilərsən, bitdi. Sən Elxan Əliyevin həbsinə deyil, qətlinə fərman verirsən, necə ki, səhhətində olan bildiyiniz problemlərə dönməz xarakter vermək üçün Gözəl Bayramlını, Elnur Fərəcovu həbs etmişdiniz.
Biz başa düşürük, ətrafda baş verənlər, bu dünyada şərin, o cümlədən sizin dayaqlarınızın laxlaması sizi çaşdırıb, başınızı itirmisiniz, adekvat qərarlar qəbul edə bilmirsiniz. Amma yenə, indiki şəraitdə özünüzü əlavə qanla yükləmək deyil, təhvil-təslimə hazırlaşmaq sizin xeyrinizədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button