ArxivŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəisi Türkiyəyə səfər edəcək

Ayətullah Seyid İbrahim Rəisi bu səfərdə Rəcəb Tayyıb Ərdoğan tərəfindən rəsmi şəkildə qarşılandıqdan sonra onunla xüsusi görüş keçirəcək. Sonra iki prezidentin həmsədrliyi ilə İran-Türkiyə ali əməkdaşlıqlar şurasının səkkizinci iclası keçiriləcək.

Daha sonra, prezidentlər mediaların iştirakı ilə keçiriləcək mətbuat konfransında öz məşvərətlərinin nəticələrini şərh edəcəklər.

Həmçinin sözügedən səfər zamanı iki prezident İran və Türkiyənin iş adamları və iqtisadi fəallarının birgə yığıncağında iştirak edəcək. İran prezidenti Türkiyədə yaşayan iranlılarla da görüşəcək.

Qeyd edək ki,  İran-Türkiyə ali əməkdaşlıqlar şurasının yeddinci iclası iki min iyirmi ikinci il iyulun on doqquzunda/ Türkiyə prezidentinin Tehrana rəsmi səfəri zamanı keçirilib. Tərəflər həmin iclasda idman, mədəniyyət, siyasət, təhlükəsizlik, infrastruktur və iqtisadiyyat sahələrində əlaqələrin yüksəldilməsi və münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gəldilər.

Qarşıdakı səfər/ yanvarın beşində keçirilməli idi, lakin Kirmanda törədilən terror cinayətinə görə, bu səfər təxirə salındı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button