ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi

Sənədin lehinə 287 parlament üzvü səs verib 4 neytral və 55 əleyhinə səs qeydə olınıb və beləliklə gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.
Prezident Ərdoğan ötən il oktyabr ayında İsveçin NATO-ya üzvlüyünü təsdiq edən layihəni imzaladı və onu parlamentə göndərdi. Türkiyə prezidenti və bu ölkənin parlament sədri İsveçin NATO-ya üzvlüyü ilə razılığın bu ölkənin terrorla mübarizə sahəsində öhdəliklərini yerinə yetirməklə şərtləndirmişdilər. Rəcəb Təyyib Ərdoğan bildirmişdi ki,İsveç terrorizm ilə mübarizə qanununu hazırladığını deyir ancaq qanun hazırlamaq kifayət etməz ona əməl etmək lazımdır.
Qeyd edək ki, Türkiyə İsveçi PKK terror qruplaşmasına dəstək vermək və bu terror qrupunun üzvlərinə evsahibliyi etməkdə ittihamlandırır.
Türkiyə İsveçin NATO-ya üzvlüyünü qəbul etdikdən sonra, sırada Macarıstan durur. Macarıstan parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button