ArxivXəbər lentiXəbərlər

Jurnalistdən Səudiyyənin Azərbaycandakı səfirliyinə açıq məktub

Qafqaz.ir  İslamazeri.az-a istinadən xəbər verir ki,, ötən gün gənc jurnalist bu il Həcc mövsümündə baş vermiş ardıcıl bir neçə hadisə ilə bağlı, həmçinin bu müqəddəs günlərdə Səudiyyə və rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə ardıcıl aviazərbələr endirməsi barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin Abdullah əl-Səlimə 2 dildə (İngilis və Azərbaycan) açıq məktub göndərib.

Məktubun Azərbaycan dilində olan versiyasını oxuculara təqdim edirik:

Salam olsun Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimə!

Mən azərbaycanlı, gənc jurnalist olaraq sizə bir neçə sual ünvanlayıb onları cavablandırmağınızı xahiş edirəm. Ümid edirəm məktubumu cavabsız qoymayacaqsınız. Öncədən təşəkkürlər.

1. Bildiyimiz kimi hər il Məkkəyə, Allahın evini ziyarət etmək üçün dünyanın dörd bir yanından milyonlarla insan axın edir. Hər il Həcc mövsümündə xırda problemlər yaransa da, bu il bir neçə hadisənin ardıcıl baş verməsi və ən son “şeytan daşlama” mərasiminə yollanan zəvvarlarla bağlı məlum dəhşətli hadisə…

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda ölənlərin sayının 753, yaralıların sayının isə 887 nəfərə çatdığı bildirildi. Bu ilin sentyabr ayında səudiyyəli General-mayor Mənsur əl-Turki “təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməyə çalışırıq” -deyə mediaya açıqlama vermişdi. Bundan əlavə bu il Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin ölkə tarixində misli görünməmiş tədbirlərə əl atdığı, həmçinin Məkkədə zəvvarların təhlükəsizliyini təmin edənlərin sayı 100 min nəfər (sadəcə polis sayı 15 min nəfər) və Kəbədə təhlükəsizlik videomüşahidə kameralarının sayı 5 minə çatdırıldığı söylənmişdi. Mərkəzə bilavasitə Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Məhəmməd bin Naifin rəhbərlik edəcəyi qeyd olunmuşdu.

Cənab səfir, bu qədər tədbirlərdən sonra baş verən hadisələrin məntiqi açıqlamasını söyləyə bilərsinizmi? 2 milyondan çox zəvvarın təhlükəsizliyi mövzusunda olan bütün məsuliyyətlərini Səudiyyə krallığı üzərinə götürübsə, bir Həcc mövsümündə ardıcıl baş verən 4 hadisədə ölənlərin qanı kimin boynuna yazılır?

2. Siz artıq 1 ildən çoxdur Yəmənə olan müdaxiləni hüquqi sayıb, keçmiş prezident Mansur Hadini ölkənin qanuni prezidenti bilirsiz. Husilərin hökumət dairələrini nəzarətə almasını isə qeyri-qanuni hesab edərək bu minvalla ərəb liqasını öz çətiriniz altında birləşdirdiniz. Yəmənə qarşı koalisiya yaradıb, söylədiniz ki, Husilər çevriliş edərək Səna şəhərini ələ keçirib. Biz Yəməndə çevrilişlə hakimiyyətə gəlməyə icazə verməyəcik.

Cənab səfir, bir jurnalist kimi sizə kiçik xatırlatma vermək istəyirəm.

Mansur Hadi 2011-ci ilin fevralında ərəb baharı hadisələrindən sonra iki illiyə hökumət başçısı seçilmişdi. İki il tamam olduqda (2013-cü ilin martında) vəzifəsinin müddəti bitdi və bununla da prezidentlik vaxtı tamam oldu. Mart ayında Beynəlxalq Dialoq Konfransı heyəti bir araya gələrək, Mansur Hadinin vəzifəsini 1 il daha uzatdı. Yəni, Mansur Hadinin vəzifəsi 2014-cü ilin martına qədər davam etdi. Qısacası Əli Abdullah Salehin getməsindən sonra Mansur Hadi 2011-ci ildə iki illiyinə vəkalət üzərində prezidentlik vəzifəsini icra etdi. 2013-cü ildə vaxtı tamamlandı və həmin il Beynəlxalq Dilaoq Təşkilatı prezidentlik müddətini 1 il də artırdı. 2014-cü ilin mart ayında isə bu müddət də tamamlandı. Bununla da, Mansur Hadinin qanuni prezidentliyindən əsər-əlamət qalmadı. Vəzifəsindən istefa verib gedəndən bir müddət sonra koalisiya qüvvələri qulağına pıçıldadı və Mansur Hadi yenidən geri döndü. Əgər hadisələr bu qanunilik çərçivəsində olursa, niyə Səudiyyə Ərəbistanı 2011-də Tunisdə, Misirdə olan çevrilişlərə bu cür reaksiya vermədi? Niyə o zaman belə bir koalisiya quraraq Zeynəlabidin bin Əlini Tunisə, Hüsnü Mübarəki Misirin prezidentlik postuna qaytarmaq üçün cəhd etmədi? Nəticədə onlar da keçmiş qanuni prezidentlər idilər.

Və həmçinin rəhbərlik etdiyiniz koalisiya qüvvələri, 1948-ci ildən Fələstində zülmə məruz qalan müsəlmanların ağ günə çıxması üçün bu günə kimi niyə bir iş görməyib? Nəticədə hər il ərəb dünyasının gözü önündə İsrail zülmünə məruz qalan yüzlərlə, minlərlə müsəlman həyatını itirir…

Elçin Həsənov, jurnalist-araşdırmaçı,

elchin.ikramoglu@gmail.com ———- 27.09. 2015

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button