AktualAktualArxivXəbər lentiXəbərlər

İŞİD-in Azərbaycanda nüfuzu və onun İran əleyhinə təhdidinin təhlili

Son günlər Azərbaycan saytlarında sentyabrın 21-də Suriya Hava Qüvvələrinə məxsus təyyarələrin Rəqqa şəhərində İŞİD terrorçu qrupunun mövqelərini bombalaması nəticəsində “Azəri” briqadasına məxsus 40 azərbaycanlı terrorçu ölməsi xəbəri yayıldı. Onların komandiri Əbu Davudun da öldürülənlər arasında olması deyilir.

Suriya Hava Qüvvələrinin bir hücumunda 40 terrorçu Azərbaycan vətəndaşının ölməsi İŞİD-çilərin Azərbaycanda nüfuzunun hansı həddə olmasını göstərir. Suriyada daxili qarşıdurmalar başlandıqdan sonra naməlum sayda Azərbaycan vətəndaşı Türkiyə ərazisindən İŞİD-ə qoşulmaq üçün ezam edildi. İndiyə kimi yüzlərlə azərbaycanlı Dəməşq dövlətinə qarşı “cihad” adı ilə Suriyaya göndərilmiş, İŞİD-ə qoşulmuş və öldürülmüşdür.

Qarşıya çıxan sual budur ki, Azərbaycan vətəndaşlarının İŞİD-ə qoşulmasının kökünü nədə axtarmaq lazımdır? Azərbaycanlıların İŞİD terrorçu qruplarına qoşulmasının səbəbini Bakı dövlətinin Azərbaycanda azəri vəhabilərinfəaliyyətinə qabaqkı göz yummasında və səhlənkarlığında bilmək olar. Azərbaycan hökuməti şiə islamçılarının fəalliyyətinin qarşısını almaq məqsədilə vəhabilərin ölkədə, xüsusilə də şimal bölgəsində və Rusiya ilə sərhəd rayonlarda təbliğatına göz yumdular və Səudiyyə Ərəbistanı və Kuveytin xeyriyyə adı ilə Azərbaycanda, təbliğlərinə mane olmadılar.

Suriya hadisələrinin başlanması, maddi amillərin və bir sıra vəhabi rəhbərlərinin təbliğatları nəticəsində ölkə vətəndaşlarının Suriyaya ezam edilməsindən sonra Azərbaycan təhlükəsizlik orqanları başa düşdülər ki, Suriyada müharibə başa çatdıqdan sonra ora getmiş terrorçuların ölkəyə qayıtması Azərbaycanın təhlükəsizliyi üçün təhdidə çevriləcək. Ona görə də indi vəhabilərin hərəkətinin və dini ekstemizmin qarşısını almağa cəhd edirlər. Bu yönümdə artıq Azərbaycan-Suriya arasında gediş-gəliş edən bir neçə nəfəri həbs ediblər.

Azərbaycanda vəhabi təhlükəsi artmaqdadır. Ölkənin dini rəsmiləri Azərbaycanda vəhabilərin sosial bazası olmamasını desələr də vəhabilərə aid olan məscidlər namaz  vaxtı ifratçı vəhabilərlə dolu olur.

Azərbaycanın dini rəsmilərinin tədbirsizliyi üzündən ölkədəki vəhabi başçıları dini ekspert adı ilə cəmiyyətə tanıdıldı və vəhabiliyin təbliğ edilməsi yolları asanlaşdı. Diqqəti çəkən mövzu budur ki, vəhabi başçıları ekstremizm və radikallıqla müxalif olduqlarını rəsmi söylədiklərinin əksinə olaraq öz xüsusi məclislərində ekstremizmi təbliğ edir və camaatı Suriyadakı terrorçulara qoşulmağa həvəsləndirirlər.

İŞİD və radikal qrupları Azərbaycanda lazımı gizli ideologiya və bazaya malikdirlər və Azərbaycan vətəndaşlarını İraq və Suriyada İŞİD sıralarına qoşulmağa təşviq edilər. Ölkədə dini boşluq formalaşdırıldığı üçün camaat çox asanlıqla vəhabi başçılarının təbliğinə aldanır və cihad adı ilə Suriya və İraqa yollanırlar. Terrorçuların ölkəyə qayıtması Azərbaycanın təhlükəsizliyini təhdid etməsindən əlavə, İran dövlətinin Azərbaycana qarşı viza rejimini ləğv etdiyinə görə İranın milli təhlükəsizliyi üçün də qorxuludur. İran-Azərbaycan xalqları arasında mədəni və dini münasibətlərin artırılması məqsədilə İran İslam Respubllikası 2010-cu ilin yanvar ayında Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi. Ona görə də azərbaycanlı terrorçular asanlıqla İran daxil ola bilər və ölkəmizdə əmin-amanlığı poza bilərlər.

Diqqəti çəkən məsələ budur ki, iki İŞİD üzvü Azərbaycanın MTN-nin əməkdaşlarına öz etiraflarında demişlər ki, dəfələrlə İran ərazisindən Pakistan və Əfqanıstan ölkələrinə gediblər. Bu mövzu bizi çox narahat edir. Digər tərəfdən də düşmənin hədəfi İranın İslam İnqilabını İŞİD-lə qarşılaşdırmaqdır və cəhd edirlər ki, İŞİD-i bizimlə yaxın məntəqəyə çatdırsınlar. Bu da həddindən artıq ciddi təhlükədir. İran İslam Respublikasının düşmənləri Azərbaycan Respublikası ərazisində İŞİD-i gücləndirmək və onu İranla qarşılaşdırmaq üçün İlham Əliyev hökumətini aradan qaldırmaqdan da çəkinmirlər. Ona görə də bu mövzusu ilə qarşılaşmaq üçün lazım olan hazırlığı və münasib işləri etməliyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button