ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nüvə anlaşması Rusiya ilə müzakirə mövzularındandır

İran xarici işlər naziri deyib ki, Rusiya xarici işlər naziri ilə nüvə anlaşması haqda söhbət edəcək.

Rusiyada səfərdə olan Hüseyn Əmir-Abdullahiyan dünən axşam Moskvaya daxil olarkən verdiyi müsahibənin davamında söyləyib: Nüvə anlaşması adlandırılıan İranın nüvə müzakirələrinin qapısı açıq olmaqda davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə mövzularından biri, nüvə anlaşması və tərəflərin öz öhdəliklərinə geri dönmələri olacaq.

İran xarici işlər naziri bildirib ki, aylarla Vyanada davam edən İran-4+1 danışıqlarının yeni mərhələsində Rusiyanın mühüm rolu olub.

Əmir-Abdullahiyan Amerikanın Rusiya və İranın müdafiə həmkarlığından nigaran olması məsələsinə də toxunub.

İranlı rəsmi Amerikanın/ “Uol Strit Cournal”ın/ İranın pilotsuz  göndərmək qarşılığında Rusiyadan kiber və nəzarət təchizatları almasına dair iddiasına istinadla etdiyi nigarançılığa belə münasibət bildirib: Təbiidir ki, müdafiə həmkarlıqları Tehran və Moskvanın birgə iş gündəmində duran məsələlərdəndir. Eyni zamanda, İran və Rusiyanın əməkdaşlıqları heç bir tərəfə qarşı olmayacaqdır.

İran xarici işlər naziri İran-Rusiya əlaqərlərini də dəyərləndirib: İki ölkənin müxtəlif sahələrdəki əlaqələri üzrə işlər tamamilə aktivləşib və iki tərəf bütün həmkarlıq sahələrində iki xalq və iki ölkənin maraqları istiqamətindəki münasibətlərin irəliləyişindən razıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button