AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sionist rejim Azərbaycan üzərindən İranı təhdid etdi

Sionist rejimin xarici işlər naziri Eli Kohen Azərbaycan Respublikası XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı İrana qarşı Azərbaycan Respublikası ilə birgə planlara eyham vurub.

“Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”. Bu sözləri müsəlmanlara və islam dünyasına qarşı hər gün cinayət törədən, dövlət terrorizminin bariz nümunəsi olan, qəsbkar sionist rejimin XİN başçısı Eli Kohen Tələvivdə müsəlman Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Aparteid rejiminin XİN başçısı Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandırıb və

“30 il ərzində biz dərin münasibətlərdən həzz almışıq”, deyib.

Eli Kohenin Azərbaycan Respublikası xarici işlər nazirini yanına alaraq işğal olunmuş Fələstin torpaqlarından İranı təhdid etməsi, təmsil etdiyi rejimin İrana qarşı düşmənçilik planlarında Azərbaycan Respublikası ilə birlikdə hərəkət edəcəyinə eyhav vurmasından sonra Azərbaycan XİN başçısı Ceyhun Bayramov da onun sözlərinə qüvvət olaraq Azərbaycanda 140-a qədər İsrail şirkətinin fəaliyyət göstərdiyini deyib.

Ceyhun vayramov həmin sionist şirkətlərin ən əsası Azərbaycan Respublikasının kənd təsərrüfatı, su idarəçiliyi və turizm sahələrində fəaliyyət göstərdiklərini də dilə gətirib.

Öncə ifşa olunmuş məlumatlara görə, sionist İsrail rejimi Azərbaycan Respublikasının İranla həmsərhəd ərazilərində kənd təsərrüfatı, su idarəçiliyi və turizm fəaliyyətləri pərdəsi arxasında İrana qarşı məkirli planlarla məşğuldur.

İşğalçı rejimin İrana qarşı rəsmi Bakı ilə birlikdə hərəkət etməsini özü də Azərbaycan rəsmisi ilə görüşdən dərhal sonra və onunla birgə mətbuat konfransında dilə gətirməsindən sonra artıq reallığın nədən ibarət olduğuna şübhə qalmır.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button