ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qazaxıstandan Azərbaycana at əti nə üçün gətirilir?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Birliyin sədri Qazaxıstandan Azərbaycana yanvar ayında 14,53 ton at əti gətirilməsi haqqında yayılan xəbərləri şərh edərkən at ətinin hansı sahələrdə istifadə olunacağı ilə bağlı məlumatlarin olmadığını bildirib.  

“Dövlətin bir sənədi olmalıdır, ənənəvi olmayan ətlər adı ilə göstərilməlidir və ya qadağa olmalıdır. Azərbaycanda at əti idxal olunursa, deməli o, insanlara yedizdirilir. Ola bilər ki, bu ət heyvanxanalarda istifadə olunmaq üçün alınıb. Çox təəssüf ki, onun son ünvanı barədə məlumat yoxdur. Biz marketlərdə ətlərin qablaşdırılmadığını, üzərində etiketlərin olmadığını görürük. İstisna olunmur ki, bunlar ən müxtəlif yerlərdə istifadə oluna bilər”, Eyyub Hüseynov deyib.

Ekspert bildirib ki, belə hallara qarşı ölkədə aparılan lazımi tədbirlər yetərli deyil.

Xatırladaq ki, mətbuatda bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at ətinin gətirildiyi və ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat) olması ilə bağlı məlumatlar yayılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button