ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Narkotik ittihamı siyasi müxalifəti susdurmaq vasitəsi olaraq qalmaqdadır

Saxta “narkotik” ittihamı ilə şərlənərək həbs edilən MBH üzvü Samir Piriyev 4 il müddətinə azadlıqdan mərhum edilib.

Məlumat İnformasiya Agentliyi xəbər verir: Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Piriyev Samir Mübariz oğluna hökm oxuyub.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prossesdə Samir Piriyev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Məhkəmədə şahidlərin dindirilməsindən sonra hakim son qərarı elan edib. Hakim ittihama uyğun dəlil sübutların olmamasına baxmayaraq, Samir Piriyevi 4 il müddətinə azadlıqdan məhrum edib.

Maraqlıdır ki, Samir Piriyev yaşadığı Ceyranbatan qəsəbəsində narkomaniyaya qarşı mübarizə aparan fəallardan biri olaraq tanınır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button