ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Qazaxıstanda müsəlman geyimləri festivalı keçirilib -FOTO

Qazaxıstanın paytaxtı Almatıda “Sisters Baazar-2016”, müsəlman geyimləri festivalı keçirilib.

Maide.Az xəbər verir ki, festivalda digər dinlərin nümayəndələri ilə birlikdə yüzlərlə insan iştirak edib.

Tədbirin keçirilməsindən məqsəd uzaq bölgələrdə yaşayan müsəlmanlara islam modasını nümayiş etməkdir.

Festival zamanı əsas diqqət qazaxıstanlı istehsalçıların təqdim etdiyi geyimlərin üzərində olub.

Festivalda modadan əlavə zinət, interyer, kosmetika və əl işləri təqdim olunub.

Festival təşkilatçılarından Zeyli Kalkulova bildirib ki, burada nümayiş olunan geyimlər, təkcə müsəlman qadınlar üçün yox, bütün qadınlar üçün nəzərədə tutulub. İndi gözəl geyimləri əsasən istedadlı müsəlman dizaynerlər tikirlər.

Festivalda Çeçenistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan nümayəndələri də təmsil olunurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button