ArxivXəbər lentiXəbərlər

QAT “5 rayon” məsələsinə sərt etiraz bildirdi

Qafqaz.ir Moderator.az-a istinadən xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı Qarabağ münaqişəsinin həllinə dair son dövrdə ortaya atılan təklifləri sərt tənqid edən bəyanat qəbul edib. Sənəddə göstərilir:

“Qarabağ Azadlıq Təşkilatı Qarabağ ətrafında cərəyan edən proseslərə dair son məlumatları ciddi narahatlıqla qarşılayır. Məlumatlara görə, Rusiyanın təşəbbüsü ilə məkrli planların həyata keçirilməsi, Dağlıq Qarabağın ətrafındakı bir neçə rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağdakı qondarma rejimə hansısa statusun verilməsi, bununla da onun beynəlxalq hüququn subyektinə çevrilməsi nəzərdə tutulur. Ən dəhşətlisi isə odur ki, bu prosesə Türkiyənin razılıq verdiyi hiss olunur. Biz Dağlıq Qarabağ münaqişəsinin bu “həll” variantını Azərbaycanın maraqlarına xəyanət və ağır zərbə kimi dəyərləndiririk. Azərbaycan hakimiyyəti bu varianta razılaşarsa, milli maraqlara xəyanət yolu tutmuş olacaq, tarixə “Dağlıq Qarabağı satan hakimiyyət” kimi düşəcəkdir..

Bu cür yanaşma məsələnin mahiyyətinin təhrif olunmasından başqa bir şey deyildir. Məsələnin həqiqi mahiyyəti aydındır: Ermənistan Dağlıq Qarabağdakı bir ovuc erməninin adından bəhanə kimi istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etmişdir. Dünya müharibə istəmirsə, Ermənistanın işğal etdiyi bütün Azərbaycan ərazilərindən, o cümlədən, Dağlıq Qarabağdan dərhal çıxmasını təmin etməlidirlər. Əks halda, Azərbaycan müharibəyə başlamalıdır.

Dağlıq Qarabağ və ətraf rayonlar milyonlarla azərbaycanlının qanı bahasına da olsa, azad edilməlidir. Bizim başqa yolumuz yoxdur. Hakimiyyət ya bu şərəfli yolu seçməlidir, ya da kənara çəkilib istefa verməlidir. Biz bu məsələni bir daha diqqətdə saxlayacaq, yaxın günlərdə geniş müzakirələrə başlayacağıq. Qoy Azərbaycan hakimiyyəti də, dünya da bilsinlər ki, heç kəs Azərbaycan xalqına təslimçi sülhü sırıya bilməyəcək! Biz öləcək, amma buna yol verməyəcəyik!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button