AktualAktualArxivXəbər lentiXəbərlər

Qaşqavi: Azərbaycan dövləti viza rejimini ləğv etməklə İran vətəndaşlarına hörmətini sübut etməlidir

Xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib: “Azərbaycan Respublikasının viza rejimini ləğv edərək İran vətəndaşlarına öz hörmətini sübuta yetirməsi zəruridir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Cümə axşamı Təbrizdə jurnalistlərə müsahibə verən Həsən Qaşqavi İran İslam Respublikasının Azərbaycan Respulikasi vətəndaşları üçün viza rejimini ləğv etməsinə toxunaraq deyib: “Bizim Azərbaycan Respublikası vətəndaşlarına etdiyimiz hörmət qarşılığında Azərbaycan dövlətinin də bizim vətəndaşlara hörmət ifadə etməsini gözləyirik”.
H. Qaşqavi əlavə edib: “İranda ictimai fikir Azərbaycan dövlətinin viza rejimini ləğv edəcəyini istəyir və bu məsələ bizim xalqımıza hörmət ifadə etməkdir. Tərifli ifadələrlə iş irəli getmir”.
Xarici işlər nazirinin müavini vurğulayıb: “Gürcüstan, Ermənistan və Türkiyə ölkələri ilə viza rejimi ləğv edilmişdir. Azərbaycan Respublikası ilə qardaş və dost münasibətlərə diqqət etməklə bu ölkənin də İran vətəndaşları üçün viza rejimini ləğv edəcəyini gözləyirik”.
Türkiyə gömrük keçid məntəqəsində İran vətəndaşlarına qarşı kobudluq göstərilməsinə də toxunan H. Qaşqavi deyib: “Narahatedici haldır ki, Türkiyə dövlətinin istəyinin əksinə olaraq bəzi məmurlar İran vətəndaşlarına qarşı xoşagəlməz hərəkətlər etmişlər. Əlbəttə, məsələni izlədikdən sonra qanunu pozan məmurların cəzalandırıldığını bizə bildirdilər”-deyə, Qaşqavi əlavə edib.
O, həmçinin deyib: “Yenə də bir ailənin Türkiyə gömrük keçid məntəqəsində hücuma məruz qalması barədə mənə məktub çatmışdır. Bu mövzu nazirlik vasitəsilə araşdırılacaq və izləniləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button