ArxivQarabağXəbər lentiXəbərlər

Qarabağda rus sülhməramlılarının yerləşmə xəritəsi yayımlandı

Rusiya müdafiə nazirliyi 11 noyabrda Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşmə xəritəsini dərc edib.

Sülhməramlılar təmas xəttində və Laçın dəhlizi boyunca 16 müşahidə məntəqəsi quracaqlar.

Rusiya Baş Hərbi Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy açıqlamasında bildirib ki, rus hərbçiləri BTR-lərlə və zirehli avtomobillərlə təmin olunublar: “Sülhməramlı missiyanın aparıldığı bölgədə hərbi polis bölmələri də xidmət göstərəcək… Onlara tərəflərin təmas xətti boyunca karvanları və yük maşınlarını müşayiət etmək, padrul xidməti həyata keçirmək tapşırılıb”.

Rudskoyun dediyinə görə, azərbaycanlı və erməni hərbçilərlə əlaqə kanalları artıq işə düşüb.

“Rus hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Sülhməramlı kontingentin şəxsi heyəti üzərinə düşən bütün tapşırıqları bilir və əldə olunan razılıqları ciddi şəkildə həyata keçirməyə hazırdır”, – deyə rus hərbçi bəyan edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button