ArxivXəbər lentiXəbərlər

Qarabağda erməniləri pulsuz müalicə edən fransali həkim mükafatlandirildi

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edərək ermənilərin pulsuz müayinəsi, müalicəsi və əməliyyatı ilə məşğul olan əcnəbi həkimlərdən biri Xankəndindəki separatçı rejim rəhbəri tərəfindən mükafata layiq görülüb. 

Fransa Erməni Həkimləri İttifaqının üzvü, “Hay-med” tibbi humanitar təşkilatının sədri anestezioloq-reanimotoloq Jan Mişel Ekeryanın separatçı rejim qarşısındakı xidmətlərinə görə mükafatlandırılması barədə “fərman”ı oyuncaq lider Bako Saakyan imzalayıb. 

Qeyd edək ki, Fransa vətəndaşı olan J.M. Erekyan eyni zamanda xeyriyyəçi kimi Azərbaycan torpaqlarını zəbt etmiş ayrl-ayrı ermənilərə və müxtəlif müəssisələrə maliyyə yardımları da edir. 

Məsələn, o, 2015-ci ildə fransalı erməni bir dərzinin vəsiyyəti əsasında Şuşada açılmış müasir standartara uyğun peşə məktəbinə mütəmadi yardım göstərir./moderator/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button