ArxivXəbər lentiXəbərlər

Qara dərililəri diri-diri yandıran ABŞ-ın dünyaya “demokratiya dərsi” keçməyə haqqı varmı?

ABŞ-da illərlə sürən hindu ingilis toqquşmaları birincilərin demək olar ki, qırılıb qurtarması ilə sonlandı.

   İşçi qüvvəsinin yoxa çıxması Afrikadan bura qulların gətirilməsi ilə nəticələndi. Amma 1860-cı illərdə baş verən vətəndaş müharibəsi ilə quldarlığın ABŞ-da sonlanması heç də qara dərililərin zülmünün yekunu olmadı. Yeni əsr başlayır və Birinci Dünya müharibəsi öz dəhşəti ilə dünyanı bürüyür. Lakin müharibə bitəndə qara dərililərin daha böyük problemi meydana çıxdı. Müharibədən qayıdan qara dərili əsgərlər elə güman edirdilər ki, onların döyüşlərdə etdikləri şücaətlərdən sonra qiymətləndiriləcəklər. Lakin belə olmadı. “Cəbhə qardaşlığı” Amerikaya qayıdan kimi dəyişdi. Lakin 1919-cu ildə başlayan bu toqquşmaların səbəbi yalnız cəbhə qardaşlığının bitməsi deyildir. Bunun iqtisadi səbəbləri də var idi.

Müharibə ilə əlaqədər fəhlə və işçi çatışmazlığı var idi. Şimaldakı bu boşluq cənubdan və Avropadan gələnlərlə dolduruldu. “Böyük miqrasiya” adlanan bu axın zamanı Şimala yarım milyon insan köç etdi. Qara dərililər ağların yerini tutdu. Bir çox yerlərdə onlardan ştreybreyk ( tətil etmiş insanların yerini dolduran şəxs) kimi istifadə olunurdu. Bu da ağlarla qaralar arasında toqquşmaları şiddətləndirmək üçün kifayət qədər güclü səbəb idi. Hələ üstəlik əsgərlərin də tərxis olunması işi ağırlaşdırdı. İqtisadi böhran şiddətlənir, insanlar az qala bir-birini öldürəcək vəziyyətə çıxırdılar. Elə bu vəziyyətdə ABŞ-ın 22 şəhər və qəsəbəsində irqçilik hərəkatı başladı. Ən dəhşətlisi isə Çikaqoda baş verdi.

27 iyulda ağların çimdiyi Miçiqan gölündə qara dərililərə hücum edildi. Nəticədə bir afroamerikalı uşaq oğlan öldü. Elə bununlada qırğın başladı. Çikaqoda olan 5 günlük qırğında 23 qara dərili və 15 ağ dərili insan öldürüldü. 500 nəfər yaralandı. Meyitlər küçələrə səpələnmişdi. Şəhərə 4000 nəfərlik milli qvardiya yerildildi. Cəsədləri morq götürmürdü. Qaradərili cəsədləri hökumət basdırmağa yer tapmırdı. Dəhşət hər yerdə var idi. Elə küçələrin ortasında qətl edirdilər. Uşağa, gəncə və ya qadına mərhəmət edilmirdi. Ən qorxuncu isə toqquşmaların qvardiya ilə qaradərili və ağdərililərin arasında cərəyan etməsi oldu. Hər kəs öldürürdü. “Qırmızı Yay” terminin isə dilə C. Conson gətirib. Bu isə rəngə görə edilən qırğınlar mənasındadır.

Qeyd edək ki, həmin hadisələrdən ən dəhşətli foto insanın yandırılması anını göstərən şəkildir. İllərlə ABŞ daxilində qaradərililər dəhşətli işğəncələrə məruz qalıblar. Artıq ABŞ öz vətəndaşından əl çəkəndə onun hədəfi başqa xalqlar və başqa ölkələr oldu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button