Rusiyanın Çita şəhərində məhkəmə İŞİD-i maliyyələşdirməkdə təqsirli bilinən Zabaykalsk diyarının sakini Şərəf Əhmədovu 3,5 il müddətinə azadlıqdan məhrum edib. FaktXeber.com-un verdiyi məlumata görəFTB-nin regional idarəsindən mediaya xbər verilib.
Məlumatda deyilir ki, məhkəmə zamanı Əhmədov öz təqsirini etiraf edib.
Qurumdan o da bildirilir ki, 2008-ci ildən Zabaykalsk diyarının sakini olan 35 yaşlı Əhmədov İŞİD -in Rusiyada terror təşkilatı kimi qəbul olunduğunu billə-bilə, onların hesabına pul köçürüb.