ArxivXəbər lentiXəbərlər

Həkimə hicabına görə telekanallar efir qadağası qoydu

Terapevt-allerqoloq Gülnar Quliyeva hicablı olduğuna görə telekanalların qapısı üzünə bağlanıb. Operativ.tv bildirir ki, həkim facebook profilində bu məlumatı paylaşıb:
“Dostlar, mən başıbağlı olduğuma görə heç bir televiziya kanalının sağlıq proqramlarına qatıla bilmirəm.
Bu gün Xəzər Tv, İctimaiTv-dən belə bir xəbər gəldi: “Sizi qəbul edə bilmərik, üzürlü sayın. Milli Teleradio Şirkəti tapşırıb ki, bu sezondan başıbağlılar efirə buraxılmasın.
Özümü təhqir olunmuş, aşağılanmış kimi hiss edirəm. Belə bir ölkədə həkim olmaqdansa yad ölkədə sanitarka işləmək daha gözəldi. Mən çox gözəl bilirəm ki, belə bir qanun yoxdur. Sözüm bu qərarı verənlərədi: Bayram Nurlunu çıxarın efirlərə, gələcək nəsillər ibrət götürsün.
Postum yanlış anlaşılmasın. Kanala qatılmamaq problem deyil. Bir inanclının haqqı trans, gey, emo, falçının haqqı qədər deyilmi?”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button