Rusiya prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin raket zərbəsindən sonra iranlı həmkarı Həsən Ruhani ilə telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.
FaktXəbər-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Liderlər bildiriblər ki, bu addım Suriyada problemin siyasi yolla nizamlanması perspektivlərinə ciddi ziyan vurub. Putin qeyd edib ki, əgər BMT-nin Nizamnaməsini pozaraq törədilən belə hərəkətlər davam edəcəksə, onda bu, beynəlxalq münasibətlərdə mütləq xaosa səbəb olacaq.
Prezidentlər həmçinin Yəməndəki vəziyyət də daxil olmaqla, Yaxın Şərq regionunda ümumi vəziyyəti müzakirə ediblər.