ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin: İslam dünyasının dövlətləri bizim ənənəvi tərəfdaşlarımızdır

 İslam dünyası dövlətləri regional və qlobal gündəmdə olan bir çox aktual məsələlərin həllində, daha ədalətli və demokratik dünya nizamının qurulması səylərində bizim ənənəvi tərəfdaşlarımızdır.

TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazan Qlobal Gənclər Sammitinin iştirakçılarını və qonaqlarını salamlayarkən bildirib. Prezident qeyd edib ki, Kazanın İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi Rusiyanın bu beynəlxalq strukturla əlaqələrinin yüksək səviyyəsini təsdiq edir.

Putin bildirib ki, bu konfrans çərçivəsində nümayəndələr mənalı müzakirələr aparacaq, birgə iş üçün perspektivli layihələri müəyyən etmək üçün yaxşı fürsət əldə edəcəklər. Sammit Rusiya və İslam ölkələri xalqları arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət edəcək. Rusiya lideri sammit iştirakçılarına və qonaqlarına uğurlar, firavanlıq və ən xoş arzularını çatdırıb.

Kazan Qlobal Gənclər Sammiti avqustun 27-dən 30-dək keçiriləcək. Tədbirdə İƏT ölkələrinin gənclər və idman nazirləri, onların fövqəladə və səlahiyyətli səfirləri, baş konsulları, gənclər təşkilatlarının rəhbərləri, gənclər siyasəti ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri, fikir liderləri, gənc sahibkarlar və elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər. .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button