ArxivXəbər lentiXəbərlər

Vəhdət həftəsi və İslam Peyğəmbərinin (s.ə.s) mövludu

Bəzi rəvayətlərə görə, bu gün cümə rəbiül-əvvəl ayının 12-si əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s.ə.s) səadətli mövlud günü və Vəhdət həftəsinin birinci günüdür.

Sünni camaatı rəbiül-əvvəl ayının 12-ni, şiələr isə rəbiül-əvvəlin 17-sini İslam Peyğəmbərinin(s.ə.s) mövlud günü olaraq qəbul edirlər. 

İran İslam Respublikasının banisi həzrət İmam Xomeyni İslam Dünyasında vəhdət carçılarından biri olaraq rəbiül-əvvəl ayının 12-17 aralığını “Vəhdət Həftəsi” adlandırıblar. 

Bu həftə fitnə və xaos ilə üz-üzə olan İslam Dünyasında birlik və həmrəylik barədə daha artıq təkidlərin edilməsi üçün münasib fürsət sayılır. 

Müxtəlif məzhəblərə malik olan müsəlmanlar arasında bəzi dini etiqadlar və şəriət hökmləri ilə bağlı fikir ayrılıqları olmuş olsa da, bir olan Allaha inanmaq, onun peyğəmbərinə və nazil etdiyi kitaba iman gətirmək, bir qibləyə malik olmaq kimi möhkəm bağlara və ortaqlıqlara malikdirlər. 

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı “Vəhdət Həftəsinin” başlanması və İslam Peyğəmbərinin(s.ə.s) mövludu münasibəti ilə dünya müsəlmanlarını təbrik edir. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button