ArxivXəbər lentiXəbərlər

Cavad Zərif: `Azərbaycan İranın yaxşı qonşusudur`

 “İranın Azərbaycanla yaxşı münasibətləri var”.

FaktXəbər-in “Report”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir qeyd edib ki, “Asiyanın qəlbi” – İstanbul prosesi çərçivəsində keçirilən bu gün keçirilən nazirlər toplantısında iştirak etməklə yanaşı, Azərbaycan prezidenti ilə məhsuldar danışıqlar aparıb. 

Onun sözlərinə görə, görüşdə energetika sektorunda əməkdaşlıq, Xəzər dənizi, eləcə də tranzit əməkdaşlığın, Rusiya ilə üçtərəfli platforma və Türkiyə ilə formatın genişləndirilməsi məsələləri müzakirə edilib.

“Azərbaycan İranın yaxşı qonşusudur və biz Azərbaycanla ciddi münasibətlərimizi davam etdirəcəyik”, – XİN başçısı bildirib.

Bundan əlavə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button