ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin, Ərdoğan və Əsəd Özbəkistanda görüşə bilər

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Suriya dövlət başçısı Bəşər Əsədin Özbəkistanın paytaxtı Səmərqənddə üçtərəfli görüş keçirə biləcəyini təklif edib. Bu barədə “Təsnim” agentliyi yazıb. Məlumata görə, Vladimir Putin hər iki prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları zirvə toplantısına dəvət edib və tərəflər bunu müsbət qarşılayıb.

Qeyd edək ki, Ukraynadan qayıdan (19 avqust) Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Suriya ilə bağlı da danışıb.

“Siyasətdə inciklik olmaz. Siz həmişə sülh içində olacaqsınız. İstənilən vaxt görüşmək imkanınız olacaq. Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur”,-deyə Türkiyə prezidenti vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button