ArxivXəbər lentiXəbərlər

Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyulub

İranın kooperasiya, əmək və sosial rifah nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
 
Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni “Caspian Pharmed” əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.
 
Təməlqoyma mərasimi İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
 
Layihənin tərəfdaşları “TPİCO” (İran, 49%), “Azersun Holding” (26%) və Azərbaycan İnvestisiya Şirkətidir (25%).
Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil ediləcək.
 
Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq.
 
Qeyd edək ki, Əli Rəbiinin ölkəyə səfəri çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button