ArxivXəbər lentiXəbərlər

Paşinyan işğal olunmuş rayonlarımızı qondarma `DQR`in bir hissəsi adlandırdı

FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın «Kommersant» qəzetinə  müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bir-birinə ziddiyyətli  bəyanatlar səsləndirib.
Belə ki, o, ancaq Ermənistanın hökumət başçısı olduğunu bildirərək, Qarabağ separatçıları adından çıxış edə bilməyəcəyini deyib.
«Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan Respublikasının adından çıxış etməyə hazıram. Dağlıq Qarabağ «xalqı» Ermənistan hökumətinin qurulmasında iştirak etmir. Onların öz hökumətləri, öz hakimiyyətləri, öz prezidentləri var. Qarabağı legitim nümayəndəsi təmsil etməlidir. Bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, biz istənilən vaxt buna hazırıq. Ancaq Qarabağı ordan olan nümayəndə təmisl etməlidir», – deyə o, bildirib.
Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonuna gəldikdə isə Paşinyan bəyan edib ki, «Konstitusiyaya» görə bu ərazilər qondarma «Dağlıq Qarabağ Respublikası»na aiddir.
Xatırladaq ki, bir gün öncə  Moskvada erməni biznesmenlərlə görüşdə Nikol Paşinyan bəyan etmişdi ki, qondarma «DQR» gələcəkdə  Ermənistan ərazisinin tam hüquqlu hissəsi olmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button