AktualAktualArxivXəbər lentiXəbərlər

Parsabadda Azərbaycan-İran dostluq parkı salınacaq

Ərdəbil Əyalətinin Təbii Sərvətlər və Su Hövzələrinə Nəzarət İdarəsinin müdiri: “Əldə edilən razılaşmalara əsasən Azərbaycan-İran dostluq parkı Parsabad şəhərində salınacaq”.
Qafqaz Mədəniyyət Mərkəzi – Şəhamət Hidayət bu gün Parsabad şəhərinin təbii sərvətlər və su hövzələrinə nəzarət idarəsinin rəhbərləri ilə keçirdiyi iclasında bildirib: “Lazımi hədəflərin həyata keçirilməsi və meşəsalmanın genişləndirilməsi istiqamətində Ərdəbildə 1 milyon ədəd ting becərilib əkilmək üçün paylanacaq”.
Ş. Hidayət əlavə edib: “Parsabad Toxum və Ting Fondu bələdiyyələr üçün lazım olan şitil ehtiyacını təmin etməyə hazırdır. Həmçinin, bu şəhərdə ilk dəfə olaraq dərman bitkiləri toxumunun istehsalı fondu yaradılacaq, meşə parkı və Azərbaycan-İran dostluq parkı salınacaq, Parsabad şəhərinin su hövzələrinin qorunmasına dair geniş layihə hazırlanacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button