AktualAktualArxivXəbər lentiXəbərlər

Əhli-Beyt (ə) məktəbinin güclənməsi vəiranlı kimliyin bərpasında Səfəvilərin rolu mövzusunda konfrans keçiriləcək

Ərdəbil Əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsinin müdiri: “Əhli-Beyt (ə) məktəbinin güclənməsi və iranlı kimliyin bərpasında Səfəvilərin rolu mövzusu ilə baş tutacaq beynəlxalq konfransda İngiltlərə, Yaponiya və Hindistandan ölkələrindən üç səfəvişünas qonaq da iştirak edəcək”.
Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamısın “Təsnim”ə istinadla verdiyi xəbərə görə Seyid Nasir İshaqi “Əhli-Beyt (ə) məktəbinin güclənməsi və iranlı kimliyin bərpasında Səfəvilərin rolu” mövzusunda Ərdəbil şəhərində baş tutacaq beynəlxalq konfransla bağlı keçirilən iclasda deyib: “Bu konfrans Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının təşəbbüsü və Mədəni İnqilab Ali Şurasının Mədəniyyət və Sivilizasiya Komitəsinin əməkdaşlığı ilə cari ilin ordibehişt ayında Ərdəbilin evsahibliyi ilə keçiriləcək”.
S. N. İshaqi, Əhli-Beyt (ə) məktəbinin genişlənməsi, iranlı kimlik və mədəniyyətin dirçəldilməsində Səfəvilər sülaləsinin rolunun araşdırılması və açıqlanmasını konfransın məqsədlərindən sayaraq vurğulayıb: “Bu konfransla yanaşı Şah Abbas Səfəvinin vəfatının 400 illiyi münasibətilə “Şah Abbas Səfəvi”yə həsr edilmiş ixtisas konfransı da Ərdəbildə baş tutacaq. Konfransda nəzəriyyəçilər, tədqiqatçılar və səfəvişünaslar iştirak edəcəkdir. İngiltərə, Yaponiya və Hindistan ölkələrindən də üç nəfər səfəvişünas xüsusi qonaq kimi konfransa dəvət olunmuşdur”.
Mədəniyyət və İslam İrşadı İdarəsinin rəhbəri konfransın natiqlərinin də adını bildirərək əlavə edib: “Mədəni inqilab ali şurasının İran İslam mədəniyyəti və sivilizasiya komitəsinin rəhbəri Əli Əkbər Vilayəti, mədəniyyət və İslam irşadı naziri Seyid Rza Salehi Əmiri, Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili konfransın yekun mərasimində çıxış edəcəklər”.
İshaqi həmçinin qeyd edib ki, beynəlxalq konfrans Ərdəbilin “Fədək” mədəniyyət və incəsənət kompleksində keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button