ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Pakistan: “Dünya İsrailin qəddar hücumlarını dayandırmalıdır”

Qafqaz Həqiqətləri xəbər verir ki, Pakistan hökuməti sionist qüvvələrin Məscidül-Əqsaya hücumunu və fələstinli ibadətçilərin sıxışdırılmasını qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyətdən İsrail rejiminin qəddar hərəkətlərini dayandırmağı tələb edib.

Sionist rejimin Məscidül-Əqsaya hücumuna cavab olaraq Pakistanın Xarici İşlər Nazirliyi bir bəyanatda bunu pisləyib və həlak olanlara başsağlığı verib.

Bu bəyanatda deyilir: “İsrail hər zaman vəhşilik edib və müdafiəsiz insanlara qarşı təzyiqlər, o cümlədən müsəlmanların inanclarını təhqir edib.

Biz işğal olunmuş Fələstin torpaqlarında müqəddəs Ramazan ayında bu mənfur hərəkətlərin daha da güclənməsinin şahidi oluruq”.

Pakistan Xarici İşlər Nazirliyi qeyd edib ki, İsrail tərəfindən Fələstində zorakılıqların artması regional sülh və təhlükəsizliyə təhlükə yaradıb, buna görə də beynəlxalq ictimaiyyət bu rejimin qəddar hərəkətlərini dayandırmalıdır.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button