ArxivXəbər lentiXəbərlər

Ötən il dövlət büdcəsi gizli iqtisadiyyatdan 16 milyard manat itirib

Qubad İbadoğlu, iqtisadçı alim

Neft Fondunun 2016-cı il ərzində əldə etdiyi gəlir ötən il Azərbaycanda korrupsiyaya və gizli iqtisadiyyata görə dövlət büdcəsindən yayındırılan vəsaitin 58 faizini təşkil edib.

Gizli iqtisadiyyat üzrə “dünya çempionatı” göstərir ki, Azərbaycan liderdir. 2016-cı ildə gizli iqtisadiyyatın həcmi istehsal olunmuş ÜDM-in 67 faizini təşkil edib. 2016-cı ildə ÜDM real ifadədə 3.8% azalmış və cari qiymətlərlə 60 milyard manat olmuşdur. Belə olanda da ötən il gizli iqtisadiyyatın həcmi 40 milyard 200 milyon manat (60 milyard AZN x 67 %) olub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, cəmi vergi ödənişləri dərəcəsi Azərbaycanda 39,8 faiz təşkil edir. Deməli, ötən il dövlət büdcəsindən ildə 16 milyard (40,2 milyard AZN x 39,8 %), ayda 1,33 milyard, gündə 44,4 milyon manat vəsait yayındırılıb. Dövlət Neft Fondunun 2016-cı il ərzində əldə etdiyi gəlirlər ötən il Azərbaycanda korrupsiyaya və gizli iqtisadiyyata görə dövlət büdcəsindən yayındırılan vəsaitin 58 faizini təşkil edib. Gizli iqtisadiyyat tam leqallaşdırılsaydı və qeyri-formal dövriyyədən bütün vergilər tutulsaydı, onda hazırkı büdcənin gəlirlərini 2 dəfədən çox artırmaq olardı. Nəzərə almaq lazımdır ki, gizli iqtisadiyyatın leqallaşdırılmasından qazanan yalnız büdcə deyil, həm də pensiya fondu olur. Bu halda da sosial ödəmələrin artması hesabına pensiyaların orta məbləğini 2 dəfəyədək artırmaq olardı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button