ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Orduda acınacaqlı vəziyyətə son qoyulmur

Azərbaycanda daha bir hərbçi özünü güllələləyib

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.Məlumatda 1996-cı il təvəllüdlü Fərid Əsgərovun Füzuli rayonunda odlu silahla özünü öldürdüyü qeyd olunub.Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin açıldığı bildirilir.Hərbi Prokurorluq əsgərin hansı rayondan olduğu barədə heç bir məlumat verməyib.Bu, son günlər rəsmi açıqlanan ikinci əsgər ölümü hadisəsidir.İyunun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Hacıyevin də intihar etməsi barədə məlumat yayılmışdı.Hüquq müdafiəçilərinin dediyinə görə, intiharlar və nizamnamədənkənar ölümlər daha çox əsgərlərin təhqir olunması, işgəncə verilməsi səbəbindən baş verir. Lakin bu faktlar çox vaxt hərbi hissə komandirləri tərəfindən ört-basdır edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button