Şəxsiyyətlər

Şəhid Ayətullah Seyyid Mahmud Taliqani

Şəhid Ayətullah Taliqani 1909-cu il, Martın 5-də təqva və elmdə xüsusi məqama malik olan Seyid Əbdül Həsənin evində dünyaya göz açır.

Elmi bilgilər Taliqanini elə kiçik yaşlarından elm fəzasına çəkərək mənəvi zənginliyə səsləyir. Bu çağırışa müsbət cavab verən Taliqani atasının elm süfrəsindən bəzi dini dərslər əldə edir. İbtida təhsilini atasından alan Taliqani mədrəsə həyatına da çox gənc yaşlarında qədəm qoyur. Dini bilgili olması onu həmyaşlarından fərqlənən dəstəyə qoşulmağa məcbur edir. Qum şəhərinin “Rəzəviyyə” mədrəsəsində hövzə dərslərinə başlayan Şəhid Taliqani üç il Rəzəviyyədə təhsil aldıqdan sonra təhsilin davamı üçün “Feyziyyə” mədrəsəsinə gəlir. Çox sonralar həyatında köklü dəyişikliklərə səbəb olacaq bu mədrəsəyə gəlişi onun İmam Xomeyni ilə aralarında ayrılmaz dərəcədə möhkəm dosluğun təməli olur.


Tələbələr arasında dini elmlərə maraq onu qısa bir zamanda seçilən tələbələrdən birinə çevirir. Çox keçmir ki, hövzənin tədris sistemində müəllimlik vəzifəsinə seçilən Taliqani bir müəllim kimi də xüsusi özəlliklər nümayiş etdirir. Ona ictihad iznini isə dövrünün böyük məraceyi, Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi Yəzdi verərək onu hövzədə müctəhid kimi təqdim edir. İctihad iznindən sonra Ayətullah Taliqanı hövzədə çox da qalmır. Onun siyasi dünyagörüşünü izləyən bir çox ruhanilər ona dini camiyə ilə yaxın əlaqə quraraq dini təblığ aparmağı tövsiyə edirlər. Deyilən fikirləri, tövsiyələri dinləyən Ayətullah Taliqanı Tehrana gəlir. O burada Sepahsalar mədrəsəsinə (İndi bu mədrəsə Ayətullah Mütəhərrinin adını daşıyır) gəlir. İlk növbədə Tehranın ictimai siyasi atmosferi ilə tanış olmaq, tələbə və gənclərlə münasibət qurmaq üçün bu məkanı münasib bilən Ayətullah Taliqanı Tehtanda ilkin addımlrını atmağa başlayır.
Tehran İranin paytaxtı olmaqla yanaşı ictimai-siyasi hadisələrin də məkəzi olduğu üçün Ayətullah Taliqani burada bir çox hadisələrin baş vermə rakursunu müəyyən edə bilir. Hətta gözlənilən təhlükələrin bir çoxunu da qabaqlayaraq o,müxtəlif istiqamətli addımlarla bu işləri qarşəlaya bilir. Gənc və inanclılarla söhbətlər aparan Şəhid Taliqanı onlara qərbə intiqrasiyanı az qala əlindən hakimiyyətini verən şahin İslam dininin həssasiyyətinə də hücumuna ayıq olmağa çağırır. Şahin növbəti addımları İslam dininin heysiyyəti olacağını bildirən Taliqani İran xalqının tarixi keçmişi ilə birbaşa əlaqəli olan İslam dininin hər bir cüziyatını canları bahasına olsa belə qorumalarındakı zərurəti onlara anladır. Çox keçmir ki, Ayətullah Taliqaninin təxmin etdiyi təhlükə özünü doğruldur.
1939-ci ildə İranın kütləvi informsiya vasitələri şahın hicabı qadağan edən hökmünü elan edir. Bu addım birbaşa dinin həssasiyyətinə atılan addım olduğunu bəyan edən Taliqani hicab qadağasının yol verilməz olduğunu bildirərək etiraza qalxır. Öncə mədrəsə səviyyəsində qaldırdığı etiraz çox keçmir ki, bütün Tehrana yayılır. Bütünlükdə iffət, ismətin təhlükədə olduğunu, Quranın vacib ayəsi olan hicabın qadağalanması ilə ismət pərdələrinin yırtılması təhlükəsinin qırmızı xətti ötdüyünü bildirən Ayətullah Taliqani özü başqa olmaqla şah rejminə küçələrə çıxmqla etiraza qalxır. Etiraz dalğası genişləndikcə isə şah rejminin təhlükəsi onlara Ayətullah Taliqaninin həbsini zəruriləşdirir. Şəhid Taliqanı 1939-ci ilin sonlarında gecə yarısı SAVAK tərəfindən həbs olunur. Lakin onun həbsi Tehrnda olan gəlgin vəziyyəti bir az da gəlginləşdirdiyi üşün şah rejmi Ayətullah Taliqanini həbsda yalnız bir il saxlaya bilir. Əlbəttə bu bir illik həbs dövründə olmazın məşəqqətlərini yaşayan Taliqanı bütün həyatı boyu işgəncələrin izlərini özü ilə gəzdirmək məcburiyyətində qalır. 1940-cu ilin sonları Seyid Taliqani həbsdən azad olunur.
Bir müddət xəstəxnalarda müalicə alan Taliqani1941-ci ilin Avqust ayından yenidən siyasi meydana qayıdır. Bu dəfə Şəhid Nəvvab Səfəvinin də yer aldığı meydan ölkədə aparılan təbii sərvətlərin xarici dövlətlərə axımına etiraz, xarici siyasətdə İranın başqa dövlətlərin təsiri altında olması, xalqın dilənçi halında yaşadığı bir dövrdə yalnız şah xanidanının firavan yaşamasına etiraz öz əksini tapırdı. İki dəyərli ruhaninin yer aldığı cəbhə növbəti addımlarda daha sərt və daha mətin idi. Onların etirazı bu dəfə təkcə Tehranla deyil, Təbriz başda olmaqla türkdilli insanları da ayağa qaldıra bildi. Baş qaldıran etirazlara zorakılıq, həbslər və son olraq qətillərlə cavab verən şah rejmi kütlənin dağıdılması üçün istənilən vasitədən istifadə edir. Neftin milliləşməsi siyasəti ilə şahin hüquqlarını məhdudlaşdıran Taliqani və Səfəvi cütlüyü 1953-ci il 28 İyunda həbs olunurlar. Bu dəfə də Seyid Taliqani çox çətin işgəncələrlə üzləşir. Və apardıqları təblığatın geniş effekti olraq bu dəfə İranın ümum kütləsi neftin milliləşməsi üçün ayağa qalxır və bu etirazlar həbs olunan Taliqani və Nəvvab Səfəvinin də azadlıq tələbi ilə əhatələnir.
Təpkilərin olduqca acı nəticələr verəcəyini anlayan şah həm neftin milliləşməsinə, həm də həbs olunan ruhanilərin azad olunacağına söz verərək qəzəbli kütləni dağıtmğa müvəffəq olur. Qısa zaman kəsiyində hər iki ruhani azadlığa buraxılır. Azadlığından iki ay sonra Pakistanın Kəraçi şəhərində baş tutan “Müsəlman qrupları” konfransina dəvət alan İran ruhaniyyəti məclisdə iştirak üçün Ayətullah Taliqanini seçir və Şeyid bu məclisə İran ruhaniyyətinin təmsilçisi kimi qatılır. Konfransda geniş çıxışı ilə yadda qalan Taliqani müsəlman xalqlarını İslam problemləri ətrafinda birləşməyin tək çıxış yolu olduğunu israrla qeyd edir. O ilin payızında isə Ayətullah Taliqani Fələstinin paytaxtı Qüds şəhərində təşkil olunan “Qüds” konfransına da İran nümayəndəsi olaraq qatılır. Burada da İslam dünyasının problemlərini qabardan Seyid Taliqani bütün müsəlmanlrın birlik və vəhdətini diqətə çəkir.
Konransdan dönəndən sonra Ayətullah Burucerdi Ayətullah Taliqanini yanın çağıraraq İslam dünyasının hər gün daha çox şiddətlənməkdə olan problemlərinə diqqətini müsbət qiymətləndirir. O bu gün İslam ümməti üçün vəhdət və birliyin əhəmiyyətini qeyd edərək onun fikir və çıxışlarını çox yüksək qiymətləndirir. Bu addımın davamı olaraq Ayətullah Burucerdi Seyid Taliqanini Misirə , Əl-Əhzər unversitetinin başçısı Şeyx Şəltunla görüşə göndərir. Bu səfəri məmnuniyyətlə qəbul edən Taliqani növbəti səfərini Misirə edir. Şeyx Şəltunla görüşən Taliqani Ayətullah Burucerdinin məktubunu ona verərək çox səmərəli söhbətlər edir.
Səfərdən döndükdən sonra Şəhid Taliqani İran daxilində İslami Azadlıq Hərəkatının fəallarından biri olaraq yenidən döyüş meydanına atılır. İmam Xomeyninin ictimai-siyasi kursunu yaxından dəstək və təbliğ edən Taliqani kütləni şahın istismarından birdəfəlik qurtarmaq üçün birlik və həmrəyliyə dəvət edir. Yalnız mübarizədə öz əksini tapan azadlıq üçün hər bir çətinliyə dözüm bu işin işıqlı gələcəyindən xəbər verdiyi Taliqaninin şüarı olur. Elə bu çıxışları səbəbindən 1962-ci ildə Taliqani növbəti dəfə həbs olunur. Bu həbsi bir neçə gün sürüb cərimələrlə bitsə də 1963-cü ildə “15 Xordad” (15 May) hadisələrinin təşkilatçısı kimi Ayətullah Taliqani bir çox ruhani və ziyalılar kimi həbs olunur. Bir neçə ay sürən məhkəmə Ayətullah Taliqanini 10 il azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırır. Onun həbs həyatı da ecazkar İslam nurunun təcəllası ilə qəlbləri fəth etməklə davam edir. Quran elmləri üzrə mütəxəssis olan Taliqani həbsxana işçiləri ilə apardığı danışıqları qısa bir zamanda həbsxanada dinə, İslama istiqamətin təməli olur. İş o yerə çatır ki, şah rejim mənsubları Ayətullah Taliqani ilə heç bir həbsxana işçisinin danışmasına imkan vermir, onunla yalnız praktiki olaraq insanlıqdan məhrum həbsxana işçilərinin hər hansı münasibəti razılaşdırılır. Qapalı həyatda Ayətullah Taliqani “Tərtövi əz Quran” adlı kitabını yazır.
Ayətullah Taliqaninin bu dəfəki həbsi dövlətə sərt təpkilər gələn inanclı kütlənin təsiri və şah rejmində hələ də vicdanlı şəxsləri olma səbəbi nəticəsində 4 il sürür. Seyid Taliqani 1967-ci ildə təkrar azadlığa çıxır. Lakin həbs və azadlıq onun üçün amal olmadığı üçün Şəhid Taliqani yenidən mübarizə meydanına qatılır. Şahın istismarçı siyasətini tənqidlərlə təqib edən Seyid Talıqanı yaşayış səviyyəsinin olduqca aşağı olduğu bir dövlətdə həddini aşan şah xanidanının özbaşnalığının qarşısını anlam üçün bütün enerjisini sərf edir. Bununla yanaşı ölkədə mənəviyyat əleyhinə təbliğatı İran millətinin genefonunun dağılmasına uzanan xain əl olduğunu bildirərək o bunun tez bir zamanda durulmasını tələb edir.
1971-ci ildə Şah xanədanının imperatorluğun şərəfinə təşkil olunan fəsad və pozğunluğun açıq tərənnümü, eyni halda dünya ölkələrindən dəvət alan şəxslərə hazırlanan əyləncəli israf məclisin qurulmasına Taliqani etiraza qalxır. Ayətullah Taliqanini dəstəkləyən bir neçə ruhaninin təşkil etdiyi etiraz hərəkatı şahı vahiməyə salmaya bilmir və Ayətullah Taliqaninin hövbəti həbs fərmanı verilir. 4 illik həbs cəzası alan Taliqani üç il Zabul bölgəsində, səkkiz ay isə Kirmanın Buft əyalətinə sürgün edilir. Həyatının sərt və amansız təzyiqləri də bu sürgün dövründə onun həmsöhbəti olur. Məmurların Taliqaninin ölümü üçün bacardıqları ağır şəraitin yaradılması mətin mənəviyyatı olan Taliqanının inamını sındıra bilmir. Dörd illik çətin bir həyatda bütün ətraf mühitlə əlaqələri kəsilən Taliqani daxili mübarizə ruhiyyəsi nəinki geri getmir, əksinə onu daha da möhkəm edir. 1975-ci ildə azadlığa buraxılan Taliqaninin azadlıq zamanı yalnız üç gün sürür. Üç gün azadlıqada olduqdan sonra yenidən SAVAK tərəfindən həbs olunan Taliqani çevrilişə cəhd göstərmə, xalqı dövlətin əleyhinə qaldırma ittihamı ilə 10 illik həbs cəzası ilə cəzalanır. İnqilaba qədər olan dövrlərlərə qədər Ayətullah Taliqaniyə verilən zülmlərin sayı hesabı olmur. Təqva mücəssəməsi olan bu dəyərli şəxsiyyət isə həyatının sonuna qədər bunlarda söz açmadan təbəssüm edərdi. Lakin işgəncələr səbəbindən əl və ayaqlarından çıxarılan bütün dırnaqları ona olunan zülmlərin hansısa bir faizini özündə əks etdididi. Özünün də daim gizli saxladığı bu işgəncələrdən bilgisizliyimiz bizə yalnız bunu deməyə imkan verir ki, 4 illik bir zamanın inqilabla bitən sonluğundan ölüm anına qədər bu dəyərli şəxsiyyət bir gün olsun belə sağlam və ağrısız gün yaşamadı. Mətanətli və şücaətli Taliqani 1979-cu il İran İslam İnqilabı zamanında zindanlarda olan əsirlərin azad olunmasından sonra yenidən cəbhə yoldşları sırasına qayıda bildi.
Inqilabdan sonra İmam Xomyninin təkidi ilə İranda ilk Cümə namazını Tehran unversitetində Ayətullah Taliqani qıldı. Minlərcə insanın qatıldığı bu Cümə namazı uzun illərdən sonra Siə dünyasının əzəmətini özündə əks etdirən ilk Cümə namazı idi. Hər həftə böyük kütlənin yer aldığı Cümə namazı hər dəfə daha canlı və əzəmətli hala gəlirdi. Ayətullah Taliqani bu cümələri bir aydan bir az artıq zamanda icra etdi. Həyatının son Cüməsini 17 Avqustunda şəhidlərinin şərəfinə Behişti-Zəhrada qıldı. Və burada çox əzəmətli bir xütbə edərək şəhidlərin qanının hər bir kəsin boynunda olan bir məsuliyyət kimi qorunma zərurətini anlatdı. Bu hadisədən 2 gün sonra 19 Avqust 1980-ci ildə bir çox işgəncələr, daxili orqanlarında yaranan kəskin problemlər səbəbindən Ayətullah Taliqani dünyasını dəyişdi. İran tarixinin ölümsüz qəhrəmanı olan bu dəyərli sima həyatıının son anına qədər apardığı mücadiləsi onun əbədi yaşayan bir qəhrəman kimi hafizələrdə həkk etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button