ArxivXəbər lentiXəbərlər

NİDA-çı gəncə 10 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Məhkəmə hökmünə əsasən, B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında B.Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button