ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nizami Gəncəvi beynəlxalq konfransı keçirilmişdir

İran Mədəniyyət Mərkəzinin sədri Xəzər Universitetində keçirilən Beynəlxalq Nizami Gəncəvi Konfransında iştirak və çıxış etmişdir.

Azərbaycanın ali məktəbləri və elm mərkəzlərində Nizami Gəncəvi mövzusunda elmi-mədəni proqramlardan davamında 9 dekabr tarixində  Xəzər Universitetinin İngilis ədəbiyyatı və dili kafedrasında Nizami Gəncəvi beynəlxalq konfransı işə başlayıb. Bu konfransda İran İslam Respublikası, Türkiyə, Əfqanıstan, Misir, Banqladeş, Rusiya, Hindistan, Ukrayna, İraq, İordaniya, Mərakeş və Livandan olan iştirakçılar 4 elmi paneldə öz məruzələrini təqdim edirlər.

Konfransın açılışında Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, Nizami Gəncəvini fəlsəfə, riyaziyyat, astronomiya və digər elmlərdə yüksək məqama çatan böyük bir ədəib olduğunu dedi və bütün bunlardan əlavə Nizami Gəncəvi əsərləri Xəmsədə cəmlənən böyük bir şair olmuşdur və onun özü ensiklopediya kimi olmuşdur və insanlar ondan hələdə faydalanırlar.

Şair və yazıçı olan professor Hamlet İsaxanlı Nizami Gəncəvinin əsərlərini oxumağı bütün bəşəriyyət üçün, xüsusən də Şərq dünyası üçün zəruri hesab edərək dedi: “Onun əsərləri dünyanın əksər dillərinə tərcümə edilmişdir və bu, Nizami Gəncəvinin şeirlərinin əhəmiyyətindən xəbər verir”. O, bildirdi ki, şair Gəncə şəhərində doğulub dəfn olunmuş, sağlığında çox səyahət etməmiş, lakin fars dilini və ədəbiyyatını mükəmməl bilmişdir və onun fikirləri fars dilində gələcək nəsillərə miras qalmışdır. Daha sonra Nizmainin əsərlərindəki bəzi əxlaqi və təlim məsələlərinə işarə etdi.

Daha sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan çıxış edərək Nizaminin elmi məqamı və irfani şeirləri barədə danışdı. O, İran sivilizasiyasında Firdovsi və Nizaminin rolu barədə danışdı.

Nizami, şübhəsiz ki, fars şeirinin sütunlarından biri sayılmalı olan şairlərdən və bu dilin şəksiz ustadlarından biridir. Firdovsi və Sədi kimi o da müəyyən üslub və üsul yaratmışdır, lakin onun hekayə janrında Nizaminin böyük üstünlüyü var idi və ondan əvvəl bir tarix olsa da, Nizami hekayətçiliyi elə bir uca zirvəyə çatdırdı ki, ondan sonra heç kəs ondan üstün ola bilmədi. Nizami lirik hekayəni elə uca zirvəyə çatdırıb ki, ondan sonra heç kim zirvəyə qalxa bilməyib. Onun Xəmsə adı ilə məşhurlaşan əsərləri ədəbiyyat və poeziya əhli arasında o qədər populyarlaşdı ki, ondan əsrlər sonra o səviyyə və məqama çatması və belə əsərləri şərh etmək bacarığı bəzi şairlərin böyük arzularına çevrildi.

Mədəniyyət Mərkəzinin sədri daha sonra dedi:

Fars şeiri və ədəbiyyatı mənəviyyat və irfanla ayrılmaz bir əlaqəyə malikdir, insanın daxili və duyğularına köklənmiş bir əlaqədir. Poeziya əsasən şairin öz daxilində duyğusal anlar yaşadığı zaman formalaşır.Bu anlar təkrarlananda şair bir çox daxili təcrübələrlə qarşılaşır və tədricən bu təcrübə və hissləri başqalarına ötürməyə özünü hazır hiss edir. İrfan  həm də daxili təcrübə və intuisiyadır. Bu təcrübələr nizami kimi bir insanın ürəyində ağrı olduqda baş verir; O, saf şerlər yazır və onları çatdırır. Ona görə də onun irfani məfhumları şeir şəklində tamaşaçılara çatdırıldıqda o, ölməzləşir və fars dilində Nizami kimi böyük şəxsiyyətlərdən belə bir irsimiz var və Nizami Gəncəvinin başqa şairlərlə olan fərqi budur.

Cənab Purmərcan çıxışının başqa bir hissəsində Gəncəvinin İran-İslam sivilizasiyasındakı roluna toxunaraq dedi: Nizami öz hekayələrində və İsgəndərin İrana hücumu hekayətində İran-İslam utopiyasına can atırdı. İsgəndərin hücumu hekayəsində yaxşı və is hökmdarları bəyan edirdi. O, Bərdə hakimi Nüşabəni ideal qadın hakim kimi gəstərir və qadının uca məqamına işarə edir ki islam və iran mədəniyyətində bunun xüsusi əhəmiyyəti var. Nizami Gəncəvi Firdovsinin şeirlərindən istifadə etməklə islamdan öncəki və islam  tarixini öyrətməklə İran-silam sivilizasiyanının zənginləşməsində böyük rolu olmuşdur. Yaxşı olar ki bu mövzu üzrə elmi mərkəzlər və universitetlər daha çox iş görsünlər.

Daha sonra qeyd etdilər ki, İran sivilizasiyasında Firdovsi  qəhrəmanlıq dastanları ilə milli kimliyi , Nizami Gəncəvi də lirik şeirləri və məhəbbət hekayələri ilə fərdi kimliyi tamamlayır.

Gəncəvinin 21-ci əsrdə də təsəvvüf və əxlaq sahəsində olan təlimləri bəşəriyyətə lazımdır və müasir insanın üzünə hikmət və mənəviyyat qapılarını açır. Ona görə də bu sahədə daha çox Nizami Gəncəvi ideyalarına nail olmaq məqsədəuyğundur ki, fars dili və ədəbiyyatı bu uğurların açarlarından biridir. Nizami Gəncəvi İran və Azərbaycan arasında, eyni zamanda bəşəriyyət arasında ən yaxşı və güclü ədəbi-bəşəri körpülərdən biridir və onun ideyalarından düzgün istifadə etməliyik.

Qeyd edək ki, bu konfrans iki gün davam edəcək və dünyanın universitetlərindən və elmi mərkəzlərindən olan professorlar 4 paneldə onlayn olaraq öz məruzələrini təqdim edəcəklər.

Konfrans çərçivəsində konfransa gələn iran Mədəniyyət Mərkəzinin sədri tərəfindən İranda nəşr olunan NizamiGəncəvi kitablarından ibarət sərgi nümayiş olundu və konfransın birinci hissəsinin sonunda isə NizamiGəncəvinin Xəmsəsinin nəfis kitabı  Nizami Gəncəvinin iranda biblioqrafiyası ilə yanaşı, İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin sədri tərəfindən Xəzər Universitetinin Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təqdim edildi və yüksək qiymətləndirildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button