ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nigeriyada dəniz quldurlarının qətlə yetirdiyi azərbaycanlının nəşi Bakıya gətirilib

Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib

Qafqaz.ir IslamAzeri.coma-istinadən xəbər verir ki, Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button