AktualAktualArxivXəbər lentiXəbərlər

Netanyahunun səfərinin gizlinləri/İran- Azərbaycan arasında fasilə yaratmağa cəhd və casusluq əməlilyyatının gücləndirilməsi

Azərbaycan, Amerikadakı yəhudi lobbilərindən faydalanmağa çalışır. Çünki Amerikada güclü erməni lobbiləri vardır. Azərbaycan da AİPAK-in Amerikadakı təsirli potensiallarından istifadə edərək Ermənistanın bu ölkədəki lobbilərinə qarşı balans yaratmaq istəyir.
Qafqaz Mədəniyyət Mərkəzi –Sionist rejimin baş naziri ikinci dəfə olaraq Azərbaycan Respublikasına səfər etdi. Benyamin Netanyahunun bu ölkəyə ilk səfəri 1997-ci ildə baş tutmuşdu. O, gecə vaxtı Bakıya daxil olmuşdu, bu barədə Təl-Əviv və Bakı rəsmiləri tərəfindən heç bir təbliğat aparılmamışdı. Ancaq bu səfərdən sonra Azərbaycan-sionist rejim münasibətləində irəliləyişlər baş verdi.
Bundan öncə də 2009-cu ilin iyun ayında sionist rejim başçısı Şimon Peres, o zaman xarici işlər naziri və indiki müharibə naziriAviqdor Liberman 2010, 2012 və 2014-cü illərdə, sabiq müharibə naziri Moşe Yaalon Azərbaycan Respublikasına səfər etmişdilər.
Digər tərəfdən də 2013-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Məmmədyarovun Təl-Əvivə səfərinə işarə etmək olar. Halbuki, Bakı tərəfdən Təl-Əvivə indiyədək baş nazir, yaxud ölkə başçısı səviyyəsində səfər baş tutmamışdır. Habelə, Təl-Əviv 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini rəsmi olaraq tanıyan ilk dövlətlərdəndir və bu ölkədə öz səfirliyini açmışdır.
Sözü gedən münasibətlərin bir səbəbi bu rejim yəhudilərinin Azərbaycanda yaşayaması, həmçinin Azərbaycan əsilli yəhudilərin Təl-Əvivdə yaşaması ola bilər. Elə bu məsələ iki dövlət arasındakı 25 illik mədəni münasibətlərin genişlənməsinə, iqtisadi və hərbi əlaqələr səviyyəsinə gətirib çıxara bilər. İqtisadi münasibətlər mövzusunda Azərbaycan və sionist rejimi arasında ticarət mübadiləsinin həcmi 3,5 milyard məbləğindədir və bunun əsas hissəsini neft alqı-satqısı təşkil edir. Belə ki, Azərbaycan Respublikası sionist rejimin neft ehtiyacının 40%-ni təmin edir. Bunun əvəzində Azərbaycan da sionist rejimdən hərbi və əkinçilik sahəsində lazım olan texnologiyanı alır. Xüsusilə də Azərbaycanın Ermənistanla toqquşmasında sionist rejimin Azərbaycanı logistik və silah-sursatla dəstəkləməsindən söhbət gedirdi.
Digər tərəfdən sionist rejimiAzərbaycanda yaşayan 20 min yəhudi cəmiyyətinin yaxşı şəraitdə yaşamasında Azərbaycan prezidentini rolunu ali səviyyədə dəyərləndirdi və qeyd etdi ki, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfdən işğal edilməsinə baxmayaraq mədəniyyətlərin dialoqu, müxtəlif din və xalq nümayəndələrinin birgə yaşayışı üçün Azərbaycanda heç bir maneə yoxdur.
Azərbaycan və sionist rejim münasibətləri strateji əhmiyyət daşıyır.
Azərbaycan, Amerika yəhudilərinin lobbilərindən faydalanmağa çalışır. Çünki Amerikadakı erməni lobbiləri çox güclüdür. Azərbaycan da AİPAK-in Amerikadakı təsirli potensiallarından istifadə edərək Ermənistanın bu ölkədəki lobbilərinə qarşı balans yaratmaq istəyir.
Ancaq ümumi götürdükdə sionist rejimin Azərbaycanla münasibətlərinin genişlənməsi bu rejimin İran sərhədlərində hüzuru deməkdir. Bu hüzuru strateji adlandırmaq olmasa da, ancaq bu münasibətlərin strateji yönümə doğru getməsi Qafqaz regionunda İranın dairəsini məhdudlaşdırır, həmçinin Qafqazın ortaq kimliyini zədələyir.
Belə nəzərə gəlir ki, sionist rejimin doktrinası yenilənmişdir və bu dəfə ərəb dünyasının yerinə İranı hədəfə almışdır. Ona görə də İranın qonşuları onun üçün əhəmiyyət daşımağa başlamışdır. Azərbaycan Respublikasının İrandan uzaqlaşması da İranın Qafqaz regionunda oyunçuluğunun dayanması anlamınadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button