ArxivIslamXəbər lentiXəbərlər

Netanyahu: “Putinə deyəcəm ki, İrana hücum edə bilərik…”

İsrail İranın Suriyadakı hərbi iştirakından narahatdır və bunun qarşısını almaq üçün hücum edə bilər.
Bu barədə baş nazir Benyamin Netanyahu Moskvaya səfəri ərəfəsində belə bəyanatla çıxış edib. Netanyahu martın 9-da Moskvaya birgünlük səfər edəcək. Kreml bildirir ki, tərəflər beynəlxalq terrorçuluğa qarşı birgə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bazar günü hökumətin iclasında çıxış edən Netanyahu deyib ki, Moskvada İranın Suriyada artan hərbi iştirakını müzakirə edəcək. “Mən cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcəyəm.
Bizim müzakirə edəcəyimiz ən mühüm məsələlərdən biri İranın Suriya ilə əldə etməyə çalışdığı hərbi anlaşmadır. Bu anlaşma ilə, istərsə də onsuz, İran Suriyada özünün daimi hərbi iştirakını təmin etmək istəyir, həm yerdə, həm dənizdə”-Netanyahu deyib.
Картинки по запросу iran ordusu
İran ordusu. Tuğgeneral Purdestan
Netanyahu bildirib ki, İran Suriyada hərbi iştirakını möhkəmləndirməklə Qolan təpələrind İsrailə qarşı cəbhə açmağa çalışır.
Baş nazir deyib ki, o, Putinə çatdıracaq: “İsrail bu planın reallaşmasına qəti şəkildə qarşıdır və ola bilsin hücum etməyə üstünlük verəcək”.(virtualaz.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button