ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

Rusiya Dağlıq Qarabağda bu ölkə hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilmədiyini bildirir

Qafqaz.ir-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Məlumatda qeyd olunur ki, keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib.

Müdafiə Nazirliyinin məlumatında həmçinin bildirilir ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər həyata keçirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button