ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ruhani Mətləb Baqir Fələstində baş verən hadisələrlə bağlı bəyanat verib

…Müsəlmən xalqları və dövlətləri öz insani və dini vəzifələrini yerinə yetirməkdə tərəddüd etməməlidirlər

Son günlər Fələstin-İsrail münaqişəsinin eskalasiya ilə bağlı İslam dünyasının, eləcə də Azərbaycanın ictimai və din xadimlərinin təpkisi davam edir.

Müqəddəs Əqsa məscidi və Fələstində yaranan son durumla bağlı ruhani Mətləb Baqir bəyanat verib.

Qafqaz.ir-ın məlumatına görə, bəyanatda deyilir:

Qüdrətli Allahın adı ilə!

Müqəddəs Ramazan bayramı günlərində, ilk qibləmiz, əziz peyğəmbərimizin (s) merac etdiyi Əqsa məscidi və onun ətrafında, Allahın Qurani-kərimdə (İsra, 1) mübarək adlandırdığı Fələstin torpaqlarında baş verənlər bir insan və bir müsəlman olaraq bizləri hiddətləndirməyə bilməz.

“Bir insanın fəryadını eşidib ona cavab verməyən musəlman deyildir, zülmə razı olan və ona susqun qalan hər kəs zülmə şərikdir” buyuran Rəsulullah (s) ümməti olaraq, baş verənlər bir başa bizim ücün insanlıq və iman məsələsidir.

Sionist rejimi zülmdə həddi aşmış, bütün qırmızı xəttləri keçmişdir.

Müsəlmən xalqları və dövlətləri öz insani və dini vəzifələrini yerinə yetirməkdə tərəddüd etməməlidirlər. Zalimin qarşısında, məzlumun yanında olmalı, müqəddəs Qüds hərəmini və Fələstin xalqını müdafiə etməlidirlər.

Biz əminik ki, bu qeyri-bərabər münaqişədə Fələstin xalqı mütləq qalib gələcək. Bu məzlum insanların əzm və iradəsini qırmaq mümkün olsaydı, dünya bugünki müqavimətə şahid olmazdı.

Rejim rəhbərləri, digər bütün zalimlər kimi, çarəni zülmü daha da artırmaqda, məsum körpələri qətl etməkdə görürlər. Sanırlar ki, zülmdə tüğyan etməklə məzlumun fəryadını batıracaq, müqavimətini sındıracaqlar.

Zülm edənlər tezliklə aqibətlərinin nə olduğunu biləcəklər (Şüəra, 227)

Mətləb Baqir.

14.05.2021

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button