Xəbərlər

Netanyahu britaniyalılara İran haqqında mühazirə oxuyub

İsrail sionist rejiminin baş naziri Benyamin Netanyahu Böyük Britaniya hökumətinə uzun uzadı mühazirə oxuyaraq İran İslam Respublikası ilə diplomatik əlaqələri bərpa etməməyə çağırıb.

İranın yeni prezidenti Həsən Ruhani hökumətinin başlatıdğı yeni diplomatik yanaşma siyasəti ilə öz İranafob cəhdlərinin sona çatacağından qorxan Benyamin Netnayhu Qərb və Avropa dövlətlərini İran ilə əlaqələrin bərpasından çəkindirmək üçün yeni yalan kompanisyasına başlayıb.

Bu kompaniyanın ən pis tərəfi də ondan ibarətdir ki, sionist rejiminin baş naziri Avropa ölkələrinə, məxsusən də Britaniyaya təlqin edərək deyir ki, əgər onlar İran ilə əlaqlələri bərpa etsələr bu zaman İrana bir sıra şərtlər irəli sürün.

İşğalçı rejimin baş naziri Böyük Britaniya hökumətinə səslənərək deyib ki, əgər siz İran ilə əlaqələri bərpa etmək istəyirsinizsə bu zaman İrana şərt qoyun ki, o bir daha İsrailin məhv edilməsi haqqında çıxışlar etməsin.

“Financial Times” qəzetinə müsahibə verən Netanyahu deyib: “İran BMT-nin üzvü olan Yəhudi dövlətinin məhv edilməsinə çağırışlar edir. Bu səbəbdən də yaxşı olar ki, Britaniya İran ilə əlaqələri bərpa etməmişdən əvvəl İrana desin ki, bu cür çıxışlardan əl çəksinlər.”

İrana qarşı kompaniya çərçivəsində işğalçı rejimin baş naziri özü ilə həmçinin milli təhlükəsizlik şurasının rəhbəri Yakov Amidror və kəşfiyyat naziri Yuval Steyntsi Avropa səfərinə götürərək avropalı müttəfqilərini nüvə enerji proqramı məsələsi səbəbindən İran və altı ölkə arasında Cenevrədə keçirilməsi nəzərdə tutulan danışqlar ərəfəsində İrana qarşı qeyri qanuni və barbarcasına sanksiyalar tətbiq etmələrinə nazil olmaq istəyir.

İranın yeni diplomatik yanaşması ABŞ və Avropada elə bir fırtına yaradıb ki, işğalçı rejimin baş naziri öz İranafob görüşləri ilə Avropa və ABŞ-ın küçələrinə düşərək çıxışlar etməyə başlayıb. Keçən həftə Netanyahu İranafob kompaniyası çərçivəsində ABŞ-ın nüfuzlu səkkiz media agentliyinə İrana qarşı müsahibələr verib. O Avropada da həmçinin İran əleyhinə bir sıra müsahibələr verib.

Anti-İran sanksiyaların aradan qaldırılması təklifinə toxunan Netanyahu müsahibələri zamanı deyib: “Əgər sanksiyalar aradan qaldırılsa və yaxud yüngülləşdirilsə bu zaman bütün sanksiya sistemi məhv olacaq.”

O daha sonra deyib: “Belə olduğu halda onlar hər şeyi əldə edəcəklər, biz isə heç bir şey qazanmayacağıq. Əgər bütün bu həqiqətləri demək mənim üzərimə düşübsə mən bunu deyəcəm. Ancaq sonra dəməyin ki, mən size xəbərdar etmədim.”

Həqiqətən necə də gülməlidir. Tarixi Fələstin xalqının torpaqlarını güc ilə işğal edən, BMT-nin bir dənə də olsun qanunlarına məhəl qoymayan, Qəzzada günahsız və müdafiəsiz qadın və uşaqları qətlə yetirən, hər gün təpədən dırnağa kimi silahlanmış ordu işğal edilmiş ərazidə fələstinliləri qətlə yetirən, xeyli sayda nüvə başlıqlarına və kütləvi qırğın silahlarına sahib olan işğalçı və irqçi bir rejim necə deyə bilər ki, İran dünyaya təhlükədir.

Digər məlumatlarda isə bildirilir ki, Netanyahu Britaniya baş naziri Devid Kamerona və Fransa prezidenti Fraçios Hollanda zəng edərək onları İrana qarşı sanksiyaları yüngülləşdirməməyə təkid edib.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button