ArxivNardaranXəbər lentiXəbərlər

Nardaranda həbs edilənlərdən 7 nəfər azadlığa buraxıldı

Martın 1-də polis Nardaranda əməliyyat keçirərək 32 nəfəri saxlayıb Sabunçu rayon Polis İdarəsinə aparmışdı

 

Bu il martın 1-də Naradaran qəsəbəsində divarlara dini şüarların yazılmasında təqsirləndirilərək saxlanılan və inzibati həbs edilən 7 nəfərin hamısı azadlığa buraxılıb.

Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatıb və bir neçə gün öncə həmin şəxslər azadlığa çıxıb.

Martın 1-də polis Nardaranda əməliyyat keçirərək 32 nəfəri saxlayıb Sabunçu rayon Polis İdarəsinə aparmışdı. Saxlanılan şəxslərin əksəriyyəti ifadəsi alınandan sonra buraxılsa da, 7 nəfər barəsində Sabunçu rayon Məhkəməsi 20 və 24 sutka inzibati həbs qərarı çıxarmışdı.

Əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına “Allahu Əkbər”, “Ya Əli” və “Ya Hüseyn” sözlərinin yazılması idi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button