AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” seminarı

“Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” seminarı 5 yanvarda Təbriz Universitetinin “Şəhriyar” salonunda keçirilib.

 Seminar, Ali Məqamlı Rəhbərin ofisi və Təbriz Unuversitetinin Alimlər və Elitalar Mərkəzinin təşəbbüsü ilə baş tutub. Beynəlxalq hüquq üzrə müəllim doktor Hacı Nuri, Qafqaz məsələləri üzrə ekspert doktor Səmədzadə və Azərbaycan məsələləri üzrə tədqiqatçı və alim doktor Mütəfəkkirazad dəyirmi masada Nardaran hadisələrini hüquqi və siyasi yönümdən araşdırıblar və bu baxımdan ona qiymət veriblər.
Beynəlxalq hüquq üzrə müəllim doktor Hacı Nuri Azərbaycan Respubllikasının dindarlara qarşı son hərəkətlərinin “Ümumdünya insan hüquqları bəyannaməsi”, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası” və Azərbaycan Respublikasının Konstitusiyasının maddələri ilə zidd olduğunu bildirib. O əlavə edib: “Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə görə bu ölkənin hər bir vətəndaşının söz və etiqad azadlığı haqqı vardır.
Doktor H. Nuri həmçinin deyib: “Azərbaycan Respublikası Konstitusiyasında din azadlığına təkid olunmuşdur. Dövlət əməldə də şiə dindar fəallarından başqa bütün dinlərin nümayəndələrinə, o cümlədən yəhudi və xtistian missionerlərinə, hətta radikal sələfi fəallarına bu haqqı vermişdir. Çox təəssüflər olsun ki, şiə dindar fəalları bu əsas hüquqdan məhrum edilmişdir.
O çıxışının davamında deyib: “Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə uyğun olaraq hər bir kəsin dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək haqqı vardır. Lakin dövlət bu haqqı şiələrin əlindən almışdır”.
Təbriz Universitetinin alimi doktor Ruhullah Mütəfəkkirazad məsələyə hüquqi və siyasi baxışlarını izah edərək deyib: “Azərbaycan Respublikasının şiə dindar fəallara və İran İslam Respublikasını sevənlərə qarşı son hərəkətini imperialist ölkələrin İran İslam Respublikasının ideologiyasının və xalis İslam dininin dünya xalqları arasında yayılmasının qarşısını almaq fəaliyyəti və qonşu ölkələrə qarşı təzyiq proqramı çərçivəsində dəyərləndirmək olar”.
Qafqaz məsələləri üzrə ekspert doktor Səmədzadə də mövzu ilə bağlı fikirlərini bölüşüb. O Azərbaycan dövlətinin Nardaranın dindar əhalisinə qarşı hərəkət metodunu, hüseyniyyədə toplaşaraq ibadət və əzadarlıqla məşğul olan dindarlara hücumunu pisləyib. Ekspert, Azərbaycan dövlətinin daxili və xarici sahələrdə din siyasətlərini də açıqlayıb.
Doktor Səmədzadə Nardaranı şiəliyin bazası, örnək və ruh bağışlayaSet featured imagen bir məntəqə adlandırıb.
Ekspert çıxışının davamnda Azərbaycan dövlətinin ümumi hərəkətlərini yumşaq və sərt proqramlar olmaqla iki sahədə olduğunu qeyd edərək onları təhlil edib, yumşaq proqram çərçivəsində anti-din qanunları qəbul etmək, dini fəaliyyətləri məhdudlaşdırmaq, hökumət və kvazi-hökumət qurumlarını təşkilatlandırmaq, sərt və repressiya proqramı çərçivəsində isə həbs və işgəncə olduğunu, lakin bütün bunların uğursuzluqla nəticələnəcəyini qeyd edib.
Doktor Səmədzadənin sözlərinə əsasən, Azərbaycanın xüsusi polis qüvvələrinin Ərbəin ərəfəsində Nardaran qəsəbəsinə hücumu qabaqcadan hazırlanmış bir senari əsasında və islamçıların fəaliyyətinə bir dəfəlik son qoymaq və onları məhv etmək məqsədilə həyata keçirilib.
Ekspert, heç bir xəbərdarlıq olunmadan və danışıqlar aparmadan bir qrup imam Hüseyn (ə) əzadarına hücum etməyi qəbuledilməz və qeyri-peşəkar hərəkət adlandırıb.
Qeyd edək ki, seminarda iştirak edən alim, tədqiqatçı və mütəxəssislər sonda bəyanat qəbul etdilər.
Bəyanatın mətni aşağıdakı kimidir:

Təbriz Universitetində keçirilən “Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” seminarının BƏYANATI
İnna lillahi və inna iləyhi raciun
Çox heyiflər olsun ki, Şəhidlər Sərvəri İmam Hüseynin (ə) Ərbəini ərəfəsində Azərbaycan Respublikasının təhlükəsizlik və DİN-nin xüsusi polis qüvvələri öncədən planlaşdırılmış və səhnələşdirilmiş bir əməliyyatla namaz qıldıqları və əzadarlıqla məşğul olduqları halda dindarlara hücum etmiş, onlara qarşı alçaq rəftar etmişdir. Onlar 5 nəfər dindarı şəhid etmiş, bir çoxlarını yaralamış və ya həbs edərək naməlum yerə aparmışdır. Bundan əlavə, ölkənin müxtəlif şəhərlərində geniş şəkildə dindarlar saxlanmış, Nardaran əhalisini həyatın ən minimum insan haqlarından və bütün xidmətlərdən məhrum edilmişdir. Hazırda da dövlət tərəfindən onlara qarşı ən şiddətli məhdudiyyətlərin icra edilməsi mövzusu izlənməkdədir. Bu acı hadisəni bir neçə aspektdən təhlil etmək mümkündür:
1. Mənəviyyat və dinlə mübarizə etməkdə on illiklərdən sonra Atatürk və Rzaxan ülgüsünə qayıtmış Azərbaycan dövləti anlasın ki, təzyiq və repressiya xalqın etiraz şöləsini qısa bir müddət yatıra bilər, lakin kül altında qalmış bu köz bir gün bu rejimi, Pəhləvi, Mübarək, Bin Əli rejimləri kimi yandırıb, məhv edəcək.
2. Azərbaycan dövlətinin dindarlara təzyiqi, o cümlədən məscidləri dağıtmaq, hicab qadağası, islamçıların həbsi və son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidən lisenziya almayan dini qrupların fəaliyyətlərinin yasaqlanması, yaxud ölkənin universitetlərində sifarişli ilahiyyat dərsləri olduğunu deyərək, xarici ölkələrdə təhsil almış din tələbələrinin fəaliyyətlərinin gülünc şəkildə qadağan edilməsi dövlətin dindarlardan qorxmasının çox dərin olmasını göstərir. Sözü gedən təzyiq və repressiyalara yalandan terrorizmlə və ekstremizmlə mübarizə donu geyindirilsə də təzyiq və sıxışdırmalar artdıqca xalqın sərt reaksiyası da artacaq.
3. Zahirən, milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması, bir neçə MTN rəsmisinə qarşı öz vəzifəsindən sui-istifadə, təkfirçi qrupların Suriyaya göndərilməsinə kömək etmək, korrupsiya kimi ittihamların irəli sürülməsi, “Müsəlman Birliyi Hərəkatı”na qarşı son hərəkətlərin, Nardaran şiələrinin su, qaz, işıq, internet sosial-iqtisadi blokadaya alınmasının, beş nəfərin şəhid olmasının, onlarla dindarın həbs edilməsinin planlarının cızılmasına səbəb olmuşdur. Bütün bunlar vahimiyə düşmüş hakimiyyət və repressiya arasında bir növ balans və tarazlıq yaratmaq məqsədilə planlaşdırılmışdır.
4. Azərbaycan dövlət mediası və rəsmilərinin bir tərəfdən şiələri ekstremis və terrorçu kimi qələmə vermələri, digər tərəfdən də vəhavi-sələfi qruplarının fəaliyyətlərinə göz yummaları, Azərbaycan üçün çox təhlükəli hesab olunur, dövlətin səhv və təhlükəli siyasətləridir. Yalan iddialar düzəltməklə ümumi fikrə özünüzü sırıya bilməzsiniz.
5. Aydındır ki, Nardaran hadisəsi hamıdan çox İslam ölkələrilə ən çox düşmənçilik edən sionist rejimi və Amerikanı sevindirir. Azərbaycan islamçılarını zəiflətmək, qonşu və müsəlman olan İran-Azərbaycan münasibətlərini korlamaq düşmənin əsas strategiyalarından hesab olunur. Ona görə də İran İslam Respublikasını ittihamlandırmaq, ikitərəfli münasibətləri korlamaq bu strategiyaya xidmət edir.
6. İranın Bakıdakı səfirliyinin passiv hərəkəti və bəyanatı çox təəssüf doğurur. Belə çıxır ki, xarici siyasət sistemində “məsləhəti düşünmək” bütün prinsiplərə hakim bir prinsipdir və hər hadisə olursa olsun – istər Mina faciəsi, istər ABŞ rəsmilərinin İranı mütəmadi təhdidləri, istər Türkiyə prezidentinin İran prezidentinə qarşı nəzakətsizliyi, istər Nardaran hadisələri və s. – xarici siyasət aparatı öz siyasətini “gərginliyi aradan qaldırmaq” prinsipi üzərində kökləmişdir. İranın Bakıdakı səfirliyi Azərbaycan dövlətinin vəhşi hərəkətlərini, ölkəmizə qarşı planlı surətdə media təzyiqlərini məhkum etmədən bəyanat verərək (şəhidlər üçün yox) həlak olanlar üçün Allahdan bağışlanmaq diləmək, digər ölkələrin daxili işlərinə qarışmamağı bildirmək, dost və qardaş ölkələr üçün günbəgün artan təhlükəsizlik arzu etməklə kifayətləndi.
Belə hadisələrdə ölkənin siyasi, mədəni və dini elitası regional və beynəlxalq böhranlardan dəqiq məlumatı olmalı, onlara qarşı mövqe tutmalı, “İran xalqı və hökumətinin məzlumlara qarşı təfavütsüz” olması şübhəsinin yaranmasına icazə verməməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan dövlət polisinin vəhşi hərəkətini məhkum etməklə yanaşı, bu dövlətdən tələb edirik:
Öz xalqının əsas hüquqlarına hörmətlə yanaşmaqla dindarların qanuni istək və tələblərinə diqqət etsin, düşmənin məkirli planlarından agah olub, öz qanuniliyini sual altına salmamış, bu siyasi batlaqdan çıxsın.
Azərbaycan dövləti tez bir zamanda din əleyhinə qəbul etdiyi qanun və məhdudiyyətləri dayandırsın və öz müsəlman xalqı ilə uzlaşsın. Bilsin ki, xalqa qarşı zorakı hərəkət, onu sıxışdırmaq və repressiya siyasəti faydasızdır və xalqla düşmənçilik etməyin aqibəti yaxşı deyil.
Anti-İran siyasətləri və İrana qarşı əsassız ittihamlar dərhal dayandırılsın. İran İslam Respublikası Azərbayacan xalqı üçün yaxşı himayəçi və dayaq olduğunu dəfələrlə sübut etmişdir. Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti və xalqına yardımlar, ermənilərin hərəkətlərini məhkum etmək və onları işğalçı adlandırmaq buna ən gözəl sübutdur. Aydındır ki, İranla dostluq Azərbaycanın təhlükəsizlik və sabitliyini təmin edir.
İran İslam Respublikasının XİN-nin Azərbaycanın müsəlman xalqını dəstəkləmək məqsədilə Nardaran hadisəsi barədə ölçü götürməyi öz gündəliyinə salması zəruridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button