ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Namaz üstündə şəhid olan Mayorumuz

1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olan Elçin Alıyev noyabrın 9-da Şuşa döyüşləri zamanı Namaz qılarkən şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Ordusunun ehtiyatda olan artilleriyaçı mayoru Elçin Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü gedərək, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olan Elçin Alıyev noyabrın 9-da Şuşa döyüşləri zamanı Namaz qılarkən şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Elçin Alıyev həmçinin III dərəcəli “Qüsusrsuz xidmətə görə” medal, II dərəcəli “Qüsursuz xidmətə görə” medal, “Azərbaycan Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı və Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button