ArxivXəbər lentiXəbərlər

Nalbandyan Qarabağ danışıqlarının bərpa olunması üçün addımları sadaladı

Ermənistan XİN rəhbərindən danışıqlara dair açıqlama.

Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam etdirilməsi üçün atılmalı olan addımları sadalayıb.

qafqaz.ir-in “Ria Novosti” saytına istinadən verdiyi məlumata görə, Nalbandyan bu haqda “Ermənistanın “Daşnaktsyutsyun” inqlabi federasiyası” partiyasının nümayəndələri ilə görüşdə danışıb.

“Hazırda mümkün görüşlər Azərbaycanın Qarabağa qarşı nümayiş etdirdiyi aqressiyanın təkrarlanmasını istisna edilməsinə, 1994-1995-ci illərdə atəşkəsin bərqərar olunmasına dair əldə edilən razılaşmalara birmənalı riayət edilməsinə, eyni zamanda atəşkəsin pozulması hallarının araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsinə hədəflənməlidir” – deyə Nalbandyan bildirib.

Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub. Atışma nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4 nəfər ölüb, 2-si azyaşlı olmaqla 18 nəfər yaralanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button