ArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Nə Qərb güzəştə gedir, nə də Rusiya

Qərb və Rusiyanın inadkarlıqları Ukraynanın xarabazara çevrilməsinə gətirib çıxarır

 ABŞ Prezidenti Co Bayden deyib ki, NATO-nun qapıları alyansın dəyərini bölüşən və ona qoşulmaq qərarı verən hər ölkə üçün açıqdır. Bayden bunun ardınca Ukraynaya təcili hərbi yardım barədə memorandum imzalayıb.

İtaliyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Rusiya Avropa Şurasından çıxarılıb.

Avropa İttifaqı həmçinin Rusiyaya Ukrayna ilə bağlı yeni sanksiyalar tətbiq edib.  

Bu arada Rusiyanın BMT-dəki daimi səfiri Vasili Nebenzya Təhlükəsizlik Şurasında etdiyi çıxışında deyib: “Biz Ukrayna və ukraynalılara qarşı müharibə aparmırıq. Biz millətçilərə qarşı və Donbas sakinlərinin müdafiəsi naminə Ukrayna ordusunun tərksilah edilməsi üçün hərbi əməliyyat keçiririk.”

O bildirib ki, bu tapşırıq qısa müddətdə yerinə yetiriləcək və Ukrayna xalqı yenidən müstəqil şəkildə öz taleyini həll edə biləcək.

Xatırladaq ki, Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna müharibəsi ilə bağlı qətnaməni veto edib. Qətnamədə rus qoşunlarının dərhal Ukraynadan çıxarılması tələb olunurdu.

Hadisələrin son inkişafına gəlincə, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ordusunun tələfatı barədə açıqlama verib. O deyib ki, 3 500-dən çox rusiyalı hərbçi ölüb və demək olar, 200 nəfər əsir düşüb.

Onun sözlərinə görə, hamı başa düşməlidir ki, Putin Ukraynaya deyil, bütün dünyaya müharibə elan edib.

Digər tərəfdən Ukraynanın eks-prezidenti Pyotr Poroşenko Rusiyanın hücumlarını qınayıb.

Paytaxt Kiyev küçələrində silahlı və müdafiə qüvvələrinin ətrafında dayanan Poroşenko CNN-ə bildirib ki, ukraynalılar öz ölkələrini müdafiə etməyə hazırdır. O deyib: “Rusiya Prezidenti Vladimir Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə son durum barədə məlumat yayıb. Bildirilir ki, Rusiya ordusu Ukraynanın şərqində və Kiyev vilayətinin şimalındakı aerodromlara, Ukrayna Silahlı Qüvvələrinin birliklərinə aviazərbələr endirməkdə davam edir. Bundan əlavə Rusiya ehtiyat hissələrini Ukrayna ilə həmsərhəd rayonlara yerləşdirməyə başlayıb və Ukrayna Silahlı Qüvvələrinin birliklərinə aviazərbələr endirilir. Poltava, Mariupol, Sumı rayonlarına aviazərbələr endirilib”, – deyə məlumatda qeyd olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button