ArxivXəbərlər

Yol polisinin sürücülərlə inanılmaz davranışı

Son vaxtlar Dövlət Yol Polisinin fəaliyyətində maraqlı məqamlar müşahidə olunur. Yol polisinin fəaliyyəti ilə bağlı iradlara rast gəlinir, tərifəlayiq fikirlərə də. Xüsusilə də, Bakıda yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarətin gücləndirilməsi bəzi sürücülərin xoşuna gəlməsə də, təqdirlayiqdir. Bu yazıda şahidi olduğum vəziyyətlə bağlı öz təəssüratlarımı oxucularla bölüşməyə çalışacam.
Bu gün saat 12 radələrində “Marriot Abşeron” otelində keçirilən tədbirdən qayıdanda gördüm ki, yol polisləri Hökumət evinin solundan Azadlıq meydanına tərəf- otelin qarşısına dönən yolda qayda pozan maşınları saxlayıb cərimə yazırlar. Jurnalist marağı güc gəldi, təxminən 20 dəqiqə kənardan müşahidə elədim, bu müddətdə 10-a yaxın qayda pozan sürücü saxladılar və protokol tərtib elədilər. Diqqətlə fikir verdim- birindən də rüşvət götürülmədi, baxmayaraq ki, bir çox sürücülər pul təklif edirdilər.
Yol polisi əməkdaşları sürücülərlə çox nümunəvi davranırdılar, hətta bilmədən çox kiçik qayda pozuntusu edən 2 region nömrəli masının sürücüsinə güzəşt edib protokol yazmadılar, onlar 5-10 manat “caypulu” təklif edəndə isə götürmədilər, sadəcə bu yolda dönmə qaydalarını səbrlə izah etdilər ki, bir də səhv eləməsinlər.
Bir neçə istiqamətdən müşahidə apardım- arada taksi maşının arxasında dayanıb gizlicə göz qoydum, onlar mənim müsahidə etdiyimi bilmirdilər. Hətta, qayda pozmayan avtobusu belə saxlayib sürücünün sənədlərini yoxladılar ki, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olub-olmadığını aydınlaşdırsınlar.
Adətən cəmiyyətdə yol polisinin sürücülərlə kobud davranması, onlardan rüşvət götürməsi haqda fikirlər formalaşıb. Belə hallara həqiqətən də rast gəlinir. Lakin son vaxtlar bu sahədə vəziyyətin dəyişdiyinin şahidi oluruq. Bundan qabaq da bir neçə dəfə şahidi olmuşam ki, yol polisləri necə qanunauyğun davranır və pul götürmürlər.
Həm də bu təkcə mənim fikrim deyil, bu mövzuda söhbətləşdiyim bir neçə yaxın adam da eyni mənzərələri müşahidə etdiyini bildirib. Vətəndaşlarla davranışdan tutmuş, müvafiq tədbirin görülməsinədək çox mədəni və qanunauyğun fəaliyyət aydın müşahidə olunur.
Şübhə yoxdur ki, belə fəaliyyət yol hərəkəti təhlükəsizliyi baxımından olduqca müsbət təsirini tezliklə göstərəcək və bu sahədə qayda-qanunun yaranmasına, qəzaların azalmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində neçə-neçə vətəndaşımızın həyatının xilas edilməsi deməkdir. Buna görə, vicdanlı yol polislərinə təşəkkür etməyə dəyər.
Hörmətli yol polisləri-öz vəzifə borcunuzu vicdanla və ləyaqətlə yerinə yetirdiyinizə görə sağ olun./bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button