AktualAktualArxivXəbərlər

İŞİD Azərbaycanda bazalar yaratmağı planlaşdırır

Dindarlara qarşı hərəkətə başlandı; Dini komitənin qeydiyyata aldığı icmalar iqtidarda şok yaradıb

Iraqda qətliamlar törədən Iraq Şam Islam Dövləti adlı terror təşkilatının hədəfində Azərbaycanın da olması barədə məlumatlar hakimiyyəti hərəkətə gətirib. Qəzetimizə daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti ölkədəki dindarlarla bağlı müvafiq qurumlara müəyyən tapşırıqlar verib. Bildirilir ki, bu tapşırıqlara görə, dindarların təsnifatı aparılmalı, radikal müəyyənləşdirilməli və onlarla bağlı ciddi tədbirlər görülməlidir.
Xüsusilə orduda dindarların olub-olmaması dəqiq müəyyənləşdirilməlidir. Həmçinin hərbi xidmət keçən dindarların hansı növ qoşunlarda xidmət etdiyi, hərbi hazırlıq səviyyəsinin yoxlanılması ilə bağlı ciddi tapşırıq verildiyi bildirilir. Iddia olunur ki, hərbi xidmət keçənlərin yenidən qeydiyyatı ilə bağlı məsələnin kökündə də məhz bu dayanır.
Bundan başqa əldə etdiyimiz məlumata görə, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin fəaliyyəti də ciddi nəzarətə götürülüb. Məsələ burasındadır ki, komitə müxtəlif vaxtlarda 400-dən artıq dini icmanı qeydiyyata alıb. Həmin icmaların qeydiyyat ünvanı mənzil göstərilib. Bu isə icmalara nəzarəti çətinləşdirib. Beləliklə də, həmin icmaların fəaliyyəti barədə müvafiq qurumlarda müfəssəl məlumatlar yoxdur. Bu fakt hakimiyyətin üst qatına məlum olduqda şok yaşanıb. Bildirilir ki, hazırda bu məsələ ciddi şəkildə araşdırılır. Mümkündür ki, həmin icmaların qeydiyyatında rolu olan komitə işçiləri sərt şəkildə cəzalandırılacaq.
Bu arada Küveytin “Al Rai” qəzeti ilginc məlumat yayıb. Lent.az-ın xəbərinə görə, qəzet yazıb ki,
İŞİD Kipr və Azərbaycanda bazalar yaratmağı planlaşdırır. “Al Rai” bu məlumatı Qərb agenturasındakı mənbələrdən əldə etdiyini deyir. Qəzetin yazdığına görə, İŞİD-in yayılmağa çalışdığı ölkələr arasında ilk növbədə Cənubi Kipr, Türkiyə və Azərbaycanın adı hallanır./azadliq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button