ArxivXəbər lentiXəbərlər

Gürcüstan turistlərin təhlükəsizliyi ilə bağlı bəyanat verib


“Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur”.

“Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur”.

“Report”un İnterfaks-a istinadla verdiyi xəbərinə görə, bu barədə Gürcüstanın Turizm Departamenti bəyanat yayıb.

Bildirilib ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər: “Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur”.

Ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.

Bir qədər əvvəl məlum olub ki, ruslar Gürcüstana olan biletlərini kütləvi şəkildə qaytarırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button