ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Müsəlman və qeyri-müsəlman qadınlar “Beynəlxalq Hicab günü” aksiyasına qoşulub – FOTO

Fevralın 1-i Beynəlxalq Hicab günü kimi qeyd edilir. Bu gün dünyanın müxtəlif bölgələrində müsəlman və qeyri-müsəlman qadınlar öz hicablı şəkillərini sosial mediada paylaşaraq Qərb ölkələrində hicaba və hicablı qadınlara qarşı zorakılıqlara son qoyulmasını tələb edirlər.
Maide.az xəbər verir ki, bu aksiyada iştirak edən qeyri-müsəlman qadınlar Qərb ölkələrində müsəlmanlar və hicablı qadınlar haqqında Qərb KİV-lərinin yalnış təsəvvür yaratdığını bildirib və əslində isə müsəlmanların fərqli olduğunu bildiriblər. Onlar Avropa və Amerikada yaşayan ifratçı qrupları müsəlmanlara və müsəlman qadınlara qarşı irqçi hərəkətləri dayandırmağa çağırıblar.
İndiyədək bu aksiyada İspaniya, Danimarka, Avstriya, Amerika, Malazya, İndoneziya, Misir, Qazağıstan, Tayland və digər ölkələrdən qeyri-müsəlmanlar iştirak ediblər.
Qeyd edək ki, Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. 2011-ci il sentyabr hadisəsindən sonra Nazma bu ideya ilə çıxış edib və onun bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com.
Nazma Khan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır. /

Müsəlman və qeyri-müsəlman qadınlar “Beynəlxalq Hicab günü” aksiyasına qoşulub - FOTO
Müsəlman və qeyri-müsəlman qadınlar “Beynəlxalq Hicab günü” aksiyasına qoşulub - FOTO
Müsəlman və qeyri-müsəlman qadınlar “Beynəlxalq Hicab günü” aksiyasına qoşulub - FOTO
Müsəlman və qeyri-müsəlman qadınlar “Beynəlxalq Hicab günü” aksiyasına qoşulub - FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button